11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
• No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

müstəmləkəçilik məqsədləri daşıyırdı. Qraf Paskeviçin maarif nazirinə göndərdiyibir təliqədə qəzet-vərəqənin siyasi məzmunu aydın görsənir: "Bu iş lazımlıməlumatı və mədəni xalqların fikirlərini əhali arasında yaymaqla burada çoxyayılan yalanları və zərərli şayiələri aradan qaldırmağa imkan yaradacaq və bunöqteyi-nəzərdən bizim üçün faydalı olacaqdır".Azərbaycan milli mətbuat tariximizin araşdırıcılarının haqlı qənaəti ondanibarətdir ki, "Tiflisskiy vedomosti" və "Zaqafqazskiy vestnik"in əlavələri olan buvərəqə-qəzetləri milli mətbuatımızın bünövrəsi kimi götürmək olmaz. Çünki "Tiflisəxbarı", yaxud "Qafqazın bu tərəfinin xəbərləri" müstəqil nəşrlər deyil.M.F.Axundov və A.Bakıxanovun bu qəzetlərlə əlaqəsi barəsində məlumatlar olsada, onların fəaliyyətləri əməkdaşlıq çərçivəsindən kənara çıxmayıb. Bu əlavələryalnız çar orqanlarının, strukturlarının rəsmi informasiyalarını dərc edirdi ki, bu damüstəqil Azərbaycan jurnalistikasının formalaşmasına xidmət hesab edilə bilməz.Ən əsası isə ondan ibarətdir ki, bu qəzet-vərəqələrin nə məzmunu, nə poliqrafikbazası və nə də onun işinə rəhbərlik edənlərin heç biri Azərbaycan həyatı ilə bağlıdeyildi.Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı"Əkinçi" qəzeti ilə başlayır. "Əkinçi"nin meydana çıxması bir neçə cəhətdənəlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəyZərdabi "Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi,maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. "Hər birvilayətin qəzeti gərək o vilayətin aynası olsun", "yaxşı-yamanlığı aşkar eləsin","xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqıaynada görən kimi görsün" kimi dərin mənalı fikirlər çağdaş mətbuatımızın da əsasprinsipləri olaraq qalmaqdadır. "Əkinçi" nəşri ilə Azərbaycanda jurnalistikasistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilinirəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısıolan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlərgöstərdi. Milli mətbuat tariximizin “Əkinçi”nin nəşri ilə bağlanması tarixireallıqları özündə əks etdirir."Əkinçi" özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığıraçdı. Ünsizadə qardaşlarının yaratdıqları "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül"kimi nəşrlər "Əkinçi" ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu.Sovet dövrünün araşdırıcıları ideoloji yöndən bu qəzet və dərgiyə yanaşaraqobyektivlikdən kənar fikirlərə rəvac vermişlər. Ancaq Ünsizadələrin nəşr etdiyimətbu orqanlar islam birliyi ideyasının tərəfdarı olması ilə yanaşı xalqınmaariflənməsinə, Avropanın elmi yenilikləri ilə oxucuların tanışlığına, ədəbiyyatayeni baxışın formalaşmasına əsaslar yaratdı, mətbəəçilik işi quruldu.7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!