11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1914-cü ildə Haşım bəy Vəzirov Bakı Şəhər İdarə rəisinə "Məzəli" adlısatirik jurnalın nəşrinə icazə üçün ərizə təqdim edir. Həmin ilin oktyabr ayının 29-da artıq H.Vəzirova naşirlik şəhadətnaməsi verilir. Siyasi və yerli mövzulardakarikaturaların dərcinə də razılıq alan H.Vəzirov "Məzəli"ni Hacı İbrahimQasımovla birgə çıxarmışdı. İlk sayı 1914-cü ildə işıq üzü görən jurnal "Səda"mətbəəsində nəşr olunmuşdur. "Məzəli"nin üst-üstə 42 sayı çap olunmuşdur. 1914-cü ilin dekabr ayından 1915-ci ilin iyun ayınadək "Məzəli" H.Vəzirovun redaktornaşirliyiilə çıxmış, 1915-ci ilin iyunundan həmin ilin oktyabr ayına, yəni jurnalbağlananadək onun redaktoru H.İ.Qasımov olmuşdur.Jurnalda C.Cabbarlı, Əzim Əzimzadə, Əliqulu Qəmküsar, ƏliabbasMüznibi, Əbdülxaliq Yusif kimi publisistlər iştirak etmişlər.1915-1916-cı illərdə "Babayi-əmir" jurnalı da nəşr edilmişdi. Mətbuatda"zərərli istiqamətli" yazılarına görə Sibirə sürgün edilən Ə.Müznibi Romanovlarsülaləsinin üç yüz illiyi münasibətilə əfvə düşdükdən sonra 1913-cü ildə Bakıyaqayıdır və yeni mətbu orqanlar yaratmağa başlayır. Lakin sürgün həyatını nəzərəalan yerli çap orqanları onun qəzet təsis etməyinin qarşısını alır. Ə.Müznibi 1914-cü ildə bu işin çarəsini taparaq, fənd işlədib yaşca özündən böyük olan qardaşıƏbülfəz Mütəllibzadənin adına "Dirilik", 1915-ci ilin aprel ayından isə "Babayiəmir"adlı satirik jurnalı qeydiyyatdan keçirir. İlk sayında "Gəlmişəm" adlı başməqaləsində jurnal mətbuat aləminə gəlişini satirik tərzdə belə çatdırır: "Nəeləyim, dərd çox, yük ağır, qüvvət az, zülm çox, hümmət yox! Baş məqalədə jurnaldünya müharibəsindən yazacağını, alman qoşunlarının azğınlığını təsvir edəcəyiniqələmə alırdı. Alman imperatoru Vilhelmə müraciət edən məqalə müəllifi yazırdı:"Ey biinsaf Vilhelm. Sənin Allahın, peyğəmbərin, dinin, imanın yoxdurmu? Əgərsənin məqsədin yer almaqsa, tut düz dünyanı, gözünə girsin, daha heyvan kimiqoca və qarıları qırmaq, qızların namusuna toxunmaq, arvadların qarnını cırmaq,fəqir-füqəranın mal-əmlakını dağıtmaq, məbədlərini yandırmaq nə üçünüdür?"Mütərəqqi ədiblərin jurnalın ətrafına toplaşması və Ə.Müznibinintərcümeyi-halı yerli çar orqanlarının, Senzura Komitəsinin ciddi narahatlığınasəbəb olmuşdu. Qafqaz canişininin mülki işlər üzrə köməkçisi knyaz Orlovuncanişini G.S.Kovalyova yazdığı məxfi məktubunda deyilir: "Hörmətli cənabGeorgi Samolyoviç! Arayışı təqdim edərək Əlahəzrətdən Bakı şəhərində tatar(<strong>Azərbaycan</strong>) dilində çıxan "Babayi-Əmir" yumoristik jurnalının redaktorunuhüzurunuza çağırmağınızı, onun bahalığın hökm sürdüyü, əhalinin kasıbtəbəqəsinin maddi təminatında çatışmazlıqların açıq-aşkar şəkildə hiss olunduğubir vaxtda, əhalinin bir hissəsini digər hissəsinə qarşı qoyaraq jurnalın səhifələrindəaraqızışdırıcı məqalələr yerləşdirilməsinə yol verməməyinizi xahiş edirik".Jurnalda Cəfər Cabbarlı, Əliağa Vahidin felyetonları satirik şeirləri dərcolunmuşdur.116

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!