11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

<strong>Azərbaycan</strong> ədəbiyyatının görkəmli nümayəndəsi, publisist, nasir,dramaturq M.S.Ordubadi "Molla Nəsrəddin" jurnalında "Hərdəmxəyal" təxəllüsüilə çıxışlar etmişdir."Molla Nəsrəddin" ədəbi məktəbinə qoşulduqdan sonra M.S.Ordubadiköhnə şeir formalarından uzaqlaşaraq qəsidə və qəzəllərini satirik üslubla əvəzetdi.Molla Nəsrəddin ədəbi məktəbinin fəal yaradıcılarından "Dabanıçatdax"gizli imzası ilə tanınan Əli Razi ġəmçizadədir. 1906-cı ildə Tiflisdə Mirzə Cəlil,Sabir, Əliqulu Qəmküsar və Q.Şərifzadə ilə yaxından tanış olan Əli Razi bundansonra "Molla Nəsrəddin" ilə əməkdaşlığa başlayır. Əvvəllər məhəbbət mövzusundaşeirlər yazan ədib satira yolunu seçir və 1908-ci ildən başlayaraq bu üslubda ədəbinümunələr yaradır. Onun "Molla Nəsrəddin"ə ilk gəlişi 1908-ci ildə jurnalın 4-cüsayında çap etdirdiyi "Arvadlarımız" felyetonu ilə başlayır. Sonra şairin bir-birininardınca "Məşruyətçilər", "İranlılara", "Dürtmələ", "Neyləyir iranlılar" kimisatiraları məcmuədə dərc edilir.Cənubi <strong>Azərbaycan</strong>ın Sərab yaxınlığında 1859-cu ildə Dünni kəndindəanadan olan Bayraməli Abbaszadə də jurnalla sıx əməkdaşlıq etmiş, "MirzəGülzar" imzası ilə həcvlər, satirik şeirlər yazmışdır. İrandakı ağır ictimai-siyasivəziyyət, kəndlilərin qul kimi yaşamasını öz gözləri ilə görən B.AbbaszadəMəşrutə inqilabı dövründə Səttərxanla birgə mübarizəyə atılmışdı. Təqiblərdənyaxa qurtarmaq üçün Şimali <strong>Azərbaycan</strong>a gələn B.Abbaszadə heç bir sənətiolmadığından hamballıq etmişdir. Onun "Hammal" imzası ilə yazıb-yaratması dabundan irəli gəlirdi. Millətinin azadlıq istəyini uca tutan "Hammal" bu yolda özqələmi ilə mübarizə aparır, "Həllac" şeirində vətən və xalq yolunda ölməyə hazırolduğunu söyləyirdi.B.Abbaszadə ilə yanaşı, jurnalın əməkdaşları sırasında Mirzə Əli MöcüzŞəbüstəri, C.Cabbarlı, Əli Möhzun İrəvani, Müceyri, Süleyman Məlikov kimiqələm əhli də var idi."Molla Nəsrəddin" bu cür istedadlı qələm ustadlarının, sənətkarlarınınyaxından köməyi və Şmerlinq, Rotter, Ə.Əzimzadə, X.Musayev, Ə.Behzad kimirəssamların sənətkarlıq qüdrəti sayəsində mövzularını daim əhatəli edir, həyatınəksər sahələrinə işıq sala bilirdi. Jurnalın karikaturaları satirik yazılar qədərqüvvətli təsir bağışlayır, məqalələrin geniş açımına xidmət edirdi."Molla Nəsrəddin" fəaliyyətə başladığı zaman satirik qrafikasının dayaranması vacib məsələ kimi dururdu. Bu vacib məsələnin həllində Mirzə Cəlilböyük çətinliklərlə üzləşdi. Xüsusilə jurnalın <strong>Azərbaycan</strong>ın kənar mühitində nəşrəbaşlaması və milli rəssam kadrlarının yoxluğu çətinlikləri daha da artırırdı. Lakin"Molla Nəsrəddin" redaktorunun axtarışları səmərə verdi.92

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!