11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

üçün" çarizmə və ruslara qarşı barışmaz mövqedə dayandığı ayrıca vurğulanırdı.Bu böhtan kampaniyası təsadüfi deyildi. Ermənilər Əlibəy Hüseynzadə və Əhmədbəy Ağaoğlu birliyinin nəticəsində real bir qüvvənin formalaşdığını və "Həyat"qəzetinin bu birliyin nəticəsində ortaya çıxdığının fərqində idilər."Həyat"ın ilk sayında dərc olunan "Qəzetimizin məsləki" sərlövhəliməqalədə mətbuatın xalqın həyatında, cəmiyyətin inkişafında önəmi vurğulanırdı:"Baş məqalədə göstərilirdi ki, Qərb ölkələrində, hətta əhalisi 4-5 milyon nəfər olanölkələrdə 300-400 qəzet buraxılır. Mədəni millətlər qəzeti "bəşəri ehtiyacların ənzərurilərindən" sayırlar. Həmin ölkələrdə insanlar qəzet oxumağa öyrəniblər,çaysız-çörəksiz dolana bilmədikləri kimi, qəzetsiz də keçinə bilmirlər. Mətbuatıncəmiyyətin inkişafında, xalqın maariflənməsi və tərəqqisindəki rolu məqalədə beləqiymətləndirilirdi: "İnsan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafiz birməktəbdir, həm də zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir".Məqalədə "bütün qəzetləri faydalı hesab etmək olarmı" sualına cavab da axtarılır.Bu cavab isə ondan ibarətdir ki, zərərli fikirləri yayan, adamları pis yola dəvət edənmətbu orqanlar da var ki, bu cür qəzetlər peşə prinsiplərindən uzaqdırlar."Həyat"ın yayılma arealına nəzər yetirsək, deyə bilərik ki, qəzet təkcəQafqazda deyil, Volqaboyunda, Orta Asiyada, İranda və Türkiyədə yayılırdı.Məşhur tatar şairi Abdulla Turkay "Həyat"a şeir həsr etmiş və uzaqgörənlikləermənilərin bu qəzetə düşmən kəsiləcəklərini söyləmişdi."Həyat" geniş coğrafi məkanda yaşayan türk və müsəlmanların millioyanışı ilə eyni vaxtda meydana çıxmış və bu oyanışın davamlı prosesəçevrilməsində mühüm rol oynamışdı."Həyat" baş məqalədə məram və məqsədlərini oxucuya daha dolğunçatdırmaq üçün ümmət və millət məsələlərinə, ana dilinin inkişafına, maarifçiliyədair baxışlarını izah edərək yazırdı ki, <strong>Azərbaycan</strong> türkləri "tazə-cavan birmillətdir, həyatın dürr-kəmalə doğru gedən yolun əvvəlindədir", "qəzetimiz həyatınmənafeyi-həqiqiyyəsinə, ovsaf və şəriyyəsinə agah bulunduğundan həyatiictimaiyyeyi-milliyyəmizinnigahbanı olub daxildən və ya xaricdən hər cür tərəqqivə təkamülə qarşı zühur edən maniə və müşkülata müqabilə" edəcəkdir. 1905-ciildə çıxan ilk sayında "Həyat" öz məsləkini, ideya istiqamətlərini bu cür şərhedirdi.Ümumən XX əsr ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tarixində böyük roluolan Əlibəy Hüseynzadə "Həyat" qəzeti və "Fyuzat" dərgisi ilə <strong>Azərbaycan</strong>da milliməfkurənin, türkçülük hərəkatının genişlənməsinə öncüllük etdi.1864-cü ildə Salyanda doğulan Əlibəy Hüseynzadə ilk təhsilini Tiflisdə<strong>Azərbaycan</strong> dilindən və şəriətdən dərs deyən atasından almışdır. Ə.Hüseynzadənintəhsili ilə sonra babası Qafqazın şeyxülislamı Əhməd Səlyani məşğul olmuşdu.62

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!