11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sabirin "Mola Nəsrəddin"də ilk şeiri 1906-cı il aprelin 28-də, jurnalın 4-cü sayında işıq üzü gördü. "Millət necə tarac olur-olsun, nə işim var" şeiri idi ki,jurnalda bu, imzasız şəkildə Mirzə Cəlilin "Niyə məni döyürsünüz?" başlıqlıfelyetonunun sonunda, felyetonun poetik davamı kimi verilib.1906-cı ildə "Molla Nəsrəddin"də Sabirin dərc olunan 21 satirik şeirinin14-ü "Hop-hop" imzası ilə getmişdir. Bəllidir ki, şanapipiklər dəstəsinə aid olanhop-hop ağac kollarında yuva qurur, çox vaxt səsi gəlsə də, özü görünmür. İlkvaxtlar Sabirin Şamaxıdan "Molla Nəsrəddin"ə şeirləri gələrdi, özü isə görünmür,kimliyi bilinmirdi. Görünür, elə buna görə də şairin şeirləri bu gizli imza ilə dərcolunub.Sabir 5 il "Molla Nəsrəddin"lə əməkdaşlıq etmiş, dövrün digər mətbuatorqanlarında şeirləri dərc olunmuşdu. Ədəbiyyatşünas-alim M.Arif Sabirin buməcmuə ilə yaradıcılıq əlaqəsini obrazlı şəkildə belə təqdim edir: "MollaNəsrəddin"i zamanə özü yaratdığı kimi Sabiri də zəmanə yaradıb "MollaNəsrəddin"ə yoldaş və silahdaş vermişdir".Sabirlə C.Məmmədquluzadə arasında dostluq və qardaşlıq əlaqəsi vardı.Sabir ağır xəstələnəndə Mirzə Cəlil və xanımı Həmidə xanım Cavanşir onuTiflisdə müalicə etdirmiş, qayğısını çəkmişlər.Sabir "Molla Nəsrəddin"lə yanaşı, Bakıda nəşr olunan "Həyat", "İrşad","Təzə həyat" "Rəhbər", "Dəbistan", "Fyuzat", "Bəhlul", "Zənbur" "Ülfət","Günəş", "Səda" kimi mətbu orqanlarda da çıxışlar edirdi.Məşədi Sijimqulu imzası ilə yazan Əli Nəzmi "Molla Nəsrəddin"məktəbinin əsas simalarından biri idi. C.Məmmədquluzadə bu barədə yazırdı: "BizSabiri və Məşədi Sijimqulunu axtarırdıq".Əli Nəzmi (1878-1946) ömrünün 50 ilini bədii yaradıcılıqla məşğulolmuş, Mirzə Cəlil, Sabir kimi ömrünü vətənin tərəqqisinə, mədəniyyət və maarifinçiçəklənməsinə həsr etmişdi. Müəllimi və ideya dostu Mirzə Cəlil şairin"Sijimqulunamə" kitabına yazdığı ön sözdə deyirdi: "Biz bunu qəti deyə bilərik ki,"Molla Nəsrəddin"ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət vələtafətdə Sabirə yavuq gələn və ona əvəz olan birinci Məşədi Sijimqulu Kefsizolubdur. Sabirin vəfatından sonra ikinci Sabirimiz birincisinin yerini boş qoymadı.Məşədi Sijimqulu Kefsizin zövq və səfalı, məzə və duzlu şeirinin heç bir vaxt dalıkəsilmədi. O özü cismən qocaldısa da, onun kəlamının lətafəti bir zərrə qədərəsgilmədi".1908-ci ildən başlayaraq "Molla Nəsrəddin"də görkəmli ədiblərdən olanƏliqulu Qəmküsar mənzum və mənsur əsərləri ilə çıxışlar etdi. Mədəniyyət vəədəbiyyat tariximizdə işıqlı ziyalı kimi tanınan Ə.Qəmküsarı Mirzə Cəlil yüksəkqiymətləndirir, onun barəsində yazdığı məqalədə məslək dostunu beləqiymətləndirirdi: "Məlum ki, <strong>Azərbaycan</strong>da müqtədir şairlərimiz yox olmayıbdır,90

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!