11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
• No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

"Açıq soz"ün 18 yanvar 1918-ci il sayında "Möhtaclara kömək" qəzetinindərc olunması barədə də məlumat var. Bakıda təsis edilmiş "Möhtaclara kömək"Cəmiyyətinin təsis etdiyi bu mətbu orqanın da əsas məqsədi Birinci Dünyamüharibəsində ev-eşiksiz qalmış, döyüş meydanlarında əsir götürülmüş türklərəkömək edənlərin fəaliyyətini qiymətləndirmək idi. Çox təəssüf ki, "Açıq söz"mətbəəsində çap olunan bu qəzetin cəmi 4 sayı işıq üzü görmüşdür.İstiqlal və azadlıq duyğularını tərənnüm edən mətbu orqanlarfəaliyyətlərini genişləndirdikləri kimi ölkənin ictimai-siyasi təşkilatları dafəallıqlarını artırırdılar. Müsavat Partiyasının 1917-ci ilin oktyabr ayının 26-dan31-dək Bakıda davam edən qurultayı yerli mətbu orqanların da əsas mövzusunaçevrildi. "türk-ədəmi mərkəziyyət - Müsavat" firqəsinin orqanı olan, həftədə birdəfə işıq üzü görən "Müsavat"ın şüarı "insanlara hürriyyət, millətlərə müsavat" idi."Müsavat" qəzeti qurultaya hazırlıq prosesi, onun gedişini işıqlandıran xeyli saydamateriallar dərc etmişdi. Qurultayda Nəsib bəy Yusifbəylinin Gəncədə hələ martayında yaratdığı "Türk ədəmi-mərkəziyyət" firqəsi ilə Müsavat Partiyası birgəişlənmiş proqram, vahid ideya ətrafında birləşdi."Müsavat" firqəsinin siyasi nöqteyi-nəzəriyyəsini, hadisələrə baxışınıişıqlandıran "Açıq söz" qəzeti 1918-ci il 4 yanvar tarixli sayında oxuculara üztutaraq yazırdı: “Dövri-hürriyyət” gəlincə Ədəmi-Mərkəziyyət qoşa: "Xalqcümhuriyyəti-muxtariyyat şüarları ilə sözdə qalmayıb işə keçməsini görmək 1918-ci ilin proqramını təşkil edir". Millət və muxtariyyatdan bəhs edərkən "Açıq söz"hökumət də xalqa, torpaq da xalqa" ideyasını irəli sürürdü. M.B.MəhəmmədzadəAzərbaycan xalqının, onun mətbuatının formalaşmasında "Açıq söz" qəzetinin rolubarəsində "Milli Azərbaycan hərəkatı" kitabında yazır: "Açıq söz" bu xəbərdarlıqvə bu qayə ilə milləti oyatmağa başlamışdır. 1917-ci ilə doğru Azərbaycandaxüsusi bir "Açıq söz"çü nəsli yaranmışdı"."Açıq söz"ün sonuncu sayının nə vaxt çıxması barədə müxtəlif fikirlərmövcuddur. Bəzi mənbələrdə (Azərbaycan dövri mətbuatı (1832-1920, Bakı. 1965)qəzetin 1918-ci il mart ayında sonuncu - 704-cü sayının çapdan çıxdığı göstərilir.Ancaq qəzet 718-ci sayında özündən asılı olmayaraq çapında fasiləyə yol verdiyiüçün oxucularından üzr istəyirdi. Bakı erməni-bolşevik birləşmələrindən 1918-ciilin sentyabr ayının 15-də azad olduqdan sonra "Açıq söz" yenidən nəşrini bərpaetmişdir. 1984-cü ildə çap olunmuş "Azərbaycan dövri mətbuatı. 1832-1920" adlıbiblioqrafıyada "Açıq söz"ün 724 nömrəsinin çıxdığı göstərilir. Mətbuataraşdırmaçılarının apardığı statistikaya görə isə bu mətbu orqanın fəaliyyətimüddətində 750 nömrəsinin işıq üzü gördüyü ortaya qoyulur."Açıq söz"ün naşir və redaktorları müxtəlif vaxtlarda Məhəmməd ƏminRəsulzadə, Məhəmmədəli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc Qəmbər vəAbuzər Orucov qardaşları olmuşlar.114

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!