11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yola gedirdim. Elə ki dava başlandı, özləri rus olmayan, amma rus dövlətinə ixlasgöstərmək istəyənlər, əz an cümlə bu yoğun hər bir cəhətdə artıq diqqət edib qəzetəçıxarmağı düşvar elədilər."Əkinçi"yə ixtiyar vermişdilər ki, siyasi xəbərləri qeyri-qəzetlərdən çapeləsin. Amma onların birisini də çap etməyə qoymadılar və bir tərəfdən dəmüştərilərimiz dava xəbəri istəyirlərdi. Senzordan təvəqqə elədim ki, özü qeyriqəzetlərinsiyasi xəbərlərindən göstərsin ki, hansıları çap etmək mümkündür. Onada razı olmayıb, izin verdi ki, dövlət tərəfdən hər gündə gələn telləri çap edim.Əlbəttə, həftədə bir dəfə çıxan qəzetədə bir həftənin müddətində gələn tellərinhamısını çap ctmək mümkün deyil idi. Çünki hər gündə 2-3 yüz sətrə qədər telgəlirdi və onlardan seçib lazım olan qədərini də basdırmağa qoymadılar. Xülasə,siyasi xəbərləri basmaq mümkün olmadı və müştərilər məndən çox narazı oldular.Müsəlmanların düşmənləri ki, Staroselskinin vəqtində bir iş görəbilmirdilər, hər tərəfdən "Əkinçi"nin üstə tökülüb onun bağlanmağına səy etdilər.Jandarma polkovnikinə hər gündə məndən və "Əkinçi"dən adsız donoslargöndərdilər. Jandarma tərəfindən mənim üstümə qarovulçular qoyuldu. Onlarınbirisi mənim rus qulluqçumun qardaşı adma gecələr mənzilimin içində yatırdı.Birisi də küçə qapısında durub mən hər tərəfə gedəndə məni aparıb-gətirirdi. Ovəqtdə mən hər gecə 1-2 saat kluba gedib bilyard oynuyurdum və jandarmapolkovniki də bəzi vəqtdə mənim ilə oynuyurdu. Onunla belə həftədə bir neçə dəfəo polkovnik məni aparıb, məndən cavab istəyirdi ki, doğrudurmu, filan günü axşamfilankəslərin yanına gedib, filan sözü demisən. Mən ona cavab verirdim ki, filansaatda sənin ilə bilyard oynuyurdum. Deyirdi ki, mən özüm də yaxşı bilirəm,amma neyləyim, "zakon" belədir, gərək xəbər alım.Belə donosları bircə jandarmaya versəydilər, yenə dərd yarı idi, ammaonları vəzirlərə, sərdara və qeyrilərə də göndərirdilər ki, onların cavablarınıyazmaqdan biçarə jandarma yorulmuşdu. Amma bununla belə mən qəzetənivəqtlərində çıxarırdım.Elə ki Dağıstanda şuluqluq başlandı, "Əkinçi"nin günü dəxi artıq qərəoldu: bir gün Nəcəf bəy Vəzirovun məqaləsi ki, Moskvadan göndərmişdi,vermişdim düzməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələroxuyub onları elm, təhsil etməyə çağırırdı. Senzor qol çəkib çap olmağa izinvermişdi. Qəzetə çap olub paylanandan sonra qubernatorun hökmünə görə onömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum oradadır.Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri-mənası var.Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri-nömrə çap edəsən.Cavab verdim ki, qeyri-nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernatorözü bir nömrə çıxardıb paylatdı. Çünki nömrə mənim adımdan çıxmışdı, məntəvəqqe elədim ki, dəxi mənim adımdan qəzetə çıxarmasınlar.138

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!