11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ülumiri-yaziyyə şöbəsini qurtarıb öz vilayəti olan Bakıya müraciət etmiş, Bakıyaqayıdıb da bu mərhum nəylə məşğul olmuş? Yerlər qəsb etməyə? Dövlətqazanmağa? İsmi-rəsm, şöhrət və pul qazanmağa? Xeyr! Xeyr! Müəllimlik edib özhəmcinsi və qövmi olan taifəni düçar olduğu cəhalətdən, zülmətdən xilas etməyə!Əlan Qafqaz dairəsində iş görən bir çox ziyalı, mərifətli elm və ürfansahibi olan müsəlmanlar var ki, bu mərhumun şagirdləridir. Onlardan bəzilərininsaqqalları ağarmış, oğul-uşaq sahibi olan zəvat bu məclisdə hazırdırlar! Lakinmərhum bir müəllimliklə ictifa etməyib, millətinə daha böyük bir dairədə qulluqetmək niyyətiylə 1875-ci ildə haman bu Bakıda bir "Əkinçi" adında qəzetə nəşretməyə şüru etmiş. Bu qəzetənin nəşrindən mərhumun məqsədi nə idi? Öz millətiniuyuduğu cəhalətdən, zülmətdən və onların vəxm qorxulu nəticələrindən xəbərdaretmək idi!Bu gecə haman "Əkinçi"nin əvvəlinci nömrələrindən mütaliə edirdim.Onların birisində mərhum yazmış: "Ey müsəlmanlar! Gərək zəmanə ilə sazişetmək! Zəmanənin təqazasına görə iş görmək! Əgər görməsək, zəmanə özü-özünəbizsiz iş görüb, fəqət bizi əzər, bizi döyər, keçər". Bu sözlər 1875-ci ildə yazılmış!Müsəlmanlar bu sözləri səmi etibara almadı. 1877-ci ildə Qafqazın bir böyük qalasıəldən getdi. 1882-ci il İranın Blücistanı ingilislərin əlinə düşdü; haman ildəfirənglər, ingilislər Misirə daxil olub Misiri təsərrüf etdilər. Yenə haman illərdəTunis əldən getdi. Xülasə, aləmi-islam öz dağılmağında davam etdi!Baxın, bu şəhərin özündə bizim halımıza: qeyrilər tərəqqi və təali, sərvətvə rəfahiyyət fikrində olduqları zaman, biz bir-birimizin canına, malına, irzinamusunadüşüb, bir-birimizi dağıtmaqdayız!Həsən bəyin sözünə baxmamaq azdır! Həsən bəy bizə haqq söz dedikdəacığımız tutub ağzına belə döyürdük! Ən əvvəlinci tənə və sərzəniş ki ona edirdik,onun kasıblığı, onun biçizliyi idi. Ağzını açıb danışdıqda biz ona deyirdik: kəssəsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtınıpul qazanmağa sərf etmək əvəzinə, bizə bir millətə qulluq etməyə sərf edirdi!Lakin mücahid, bu millətpərəst bizim heç bir cövri-cəfamızdan geri durmayıb öztutduğu yolunda qəribə bir səbat ilə davam edib milləti ayıltmaq işi ilə, taifəsinəxidmət etmək üçün əlindən gələn cümlə-səyi bəzl edirdi. Əlan Bakıda 11 rusmüsəlmanməktəbi var! Bu məktəblər cümləsi o biçarənin səylərinin, zəhmətlərininnəticəsidir!Şimdi bu qədər böyük, bu qədər ali şəxsin təşyinə gəlib də, biz ona nədeyək! Nə növ onunla vida edək? Əqidəmcə biz gərək o ruhi-paka xitab edib dədeyək! "Ey ali ruh! Şimdi sən gedirsən ata-babalarımızın, əcdadımızın hüzuruna!Onlara bizdən salam yetirib də bizim şikayətimizi de: Ey əcdad, ey babalar! Bizənə gün qoydunuz?! Bizə nə növ irs qoydunuz, getdiniz?! Stanlarımız xərabə,vilayətlərimiz viranə! Cümlə millətlər arasında sərnigün, xar, zəlil, məqhur,140

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!