11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
• No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Cümhuriyyətinin qurulmasının fəal iştirakçısı olub. 1920-ci il inqilabından sonragizlin fəaliyyət göstərən Milli Müqavimət Komitəsinin sədri kimi 1923-cü iləqədər fəaliyyət göstərib, təqiblərdən yaxa qurtararaq 1924-cü ildə İran vəTürkiyəyə mühacirət edib. 1955-ci ildə M.Ə.Rəsulzadənin vəfatından sonraMüsavat Partiyasının sədri seçilib, 1969-cu ildə İstanbulda dünyasını dəyişib.M.B.Məhəmmədzadə "Azərbaycanda türk mətbuatı" əsərindən əvvəl1918-ci ildə "İki inqilab arasında" adlı bir kitab nəşr etdirmişdi. Filologiya elmləridoktoru, professor Alxan Bayramoğlunun fikrincə, bu kitab Mirzəbalanın bir növ"Azərbaycan türk mətbuatı" əsərinə hazırlıq idi. Müəllif iki inqilab dedikdə, 1905-ci il inqilabı ilə 1917-ci il inqilabı arasındakı 12 illik bir dövrü nəzərdə tutur və buzaman kəsiyində Azərbaycan xalqının ictimai-milli şüurunda, mədəni həyatında,siyasi təfəkküründə baş verən inkişaf proseslərinə nəzər salır."İki inqilab arasıda" əsərindən sonra qələmə alıb, 1922-ci ildə Bakıda nəşretdirdiyi "Azərbaycan türk mətbuatı" əsərində M.Məhəmmədzadə istiqlalmücadiləsində və millətin həyatında mətbuatı "yeddinci" deyil, bəlkə də birincitəsisat hesab edir və 91 qəzet haqqında biblioqrafik məlumatlar verir. Mətbuattariximizin araşdırılması üçün qiymətli məxəz olan " Azərbaycan türk mətbuatı"əsəri A.Bayramoğlunun transleterasiyası, ön söz, lüğət və qeydləri ilə birgə BakıUniversiteti nəşriyyatı tərəfindən 2004-cü ildə nəşr edilib.Nəriman Zeynalovun 1974-cü ildə çap etdirdiyi iki hissəli "Azərbaycanmətbuatı tarixi" kitabı universitetin jurnalistika fakültəsinin tələbələri, həmçininmətbuat tariximizi öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş yeganə dərslikdir.Ali məktəblərdə jurnalist təhsili alan tələbələr indi də bu kitabda əksini tapanməlumatlardan yararlanırlar. Kitabçalar şəklində çap olunan bu əsər dövrüntələbinə uyğun ideoloji nöqteyi-nəzərdən, marksizm-leninizm metodologiyasınaəsaslanaraq qələmə alındığından müasir tələblərə uyğun deyil. "Həyat", "İrşad","Fyuzat" kimi milli mövqelərin tribunası olan mətbu orqanlar "burjua mətbuatı"möhürü ilə ciddi, obyektiv tədqiqatdan kənarda qalıb, "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Şərqi-rus" kimi qəzetlər, "Kəşkül" jurnalı "məhdud görüşlərindaşıyıcıları" kimi təqdim olunub. Bu kitab qələmə alınan zaman məxəz kimiN.Zeynalovun "Azərbaycan mətbuatı tarixi" kitabından istifadə edilib, bəzi faktlarideoloji kölgədən çıxarılıb, jurnalistikanın təhqiqat və obyektivlik prinsipləriqorunub-saxlanılıb. Filologiya elmləri doktoru Ağarəfi Zeynalzadənin "Elm"nəşriyyatı tərəfindən çap edilən "Azərbaycan mətbuatı və çar senzurası. (1850-1905-ci illər") monoqrafiyası mətbuat tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir.Kitabda Azərbaycan mətbuatı və senzura münasibətləri arxiv sənədləri əsasındaelmi-tədqiqata cəlb edilib, kifayət qədər dolğun faktlar aşkarlanıb. Haşım bəyVəzirovun yaratdığı mətbu orqanların tədqiqi baxımdan da A.Zeynalzadənin böyükxidmətləri var.9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!