11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

göndərəndə "o ölkədən xəbərlər və s..."dən yazır. Eləcə də vətəndən xaricəməktubda istinasız yazır: "Ölkənin xəbərləri belədir... və ilaxır" və ya başqaməsələlərdən bəhs edir.Nəhayət, yeni mətbuat meydana gəlir. Nəşriyyat yarandıqdan sonra birneçə məsələ ortadan çıxır.Mətbuatın tərifı və xüsusiyyətləri haqqında demək olar ki, mətbuat ümumiməsələlərin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqınnəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır, birinci - yazmaq, ikinci - ümumimənafe, üçüncü - yaymaq. Əgər bunların biri yoxdursa, mətbuat da yoxdur. Yazıümumi mənafeyə xidmət edib geniş yayılmırsa, o, mətbuat yox, şəxsi yazıdır.Mövzunun ümumiliyini, həmçinin yayılmasını müqayisə etsək, demək olar ki,mətbuatda gedən yazı ümumi mənafeyi güdmürsə, xalqın nəzərinə çatmırsa, o,mətbuat hesab oluna bilməz. Bunlar mətbuatın xüsusiyyətləridir. Həminxüsusiyyətləri öyrənib dərk etmədən bilmək olmaz ki, mətbuatın vəzifələri,mətbuat azadlığı nədir və ona nə lazımdır?Mətbuatın rolu çox böyük və əhəmiyyətlidir. Mətbuat mühüm milliqüvvələrdən biridir. O, milli iqtidarda dördüncü yerdə durur. Yəni iqtidarın üçqüvvəsi, birinci - qanunvericilik, ikinci - icraedici, üçüncü - hüquq orqanları.Bundan sonra mətbuat gəlir. Digər bir baxımdan dünyada tutduqları mövqeyə görəbeş mühüm dövlətdən - İngiltərə, Fransa, Almaniya, Avstriya və İtaliyadan sonra,altıncı beynəlxalq güc mətbuat sayılır. Yəni altıncı qüdrətli dövlət qələm aləmidir.Bəşər aləmində mətbuatın nüfuz dərəcəsini xalqın ümumi əfkari - ümumiyyəsi dəgöstərməkdədir. Elə ki, mətbuat ümumin qiymətini aldı, Avropada onun inkişafüçün geniş meydan açıldı, yayılma imkanı yarandı.Mətbuatın rolunu, vəzifəsinin əhəmiyyətini öyrənmək üçün onun tarixininəzərdən keçirmək vacibdir. Bu tarixi diqqətlə nəzərdən keçirdikdə görürük ki,onun ibtidada vəzifəsi nisbətən sadə və yüngül olub, əvvəlcə ümuma aid olanfaydalı siyasi xəbərləri yayırdı, daxili və xarici xəbərləri oxuculara çatdıran vasitəidi. Nəşrlərdə sevincli saray xəbərləri, şahlara aid, şahzadələrə verilən imtiyazlarbarədə xəbərlər dərc edilirdi. Mətbuat səhifələri verilən məqam və rütbə, mənsəbvə dərəcə, tərif, şahanə bəzəklər, saray cah-calalı və siyasi hadisələrə dairxəbərlərlə dolu idi. Şübhəsizdir ki, həmin məhdud məsələlərin ömrü az olur, yalnızmüəyyən dövrü əhatə edir. Mətbuat təzəcə meydana gəldiyi dövrdə ruhsuz siyasihəyat təsvir olunurdu, onun səhifələrində şahlıq sarayından və şahın şəxsimənafeyindən başqa bir şey yox idi.II159

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!