11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

görə isə Əli bəy Hüseynzadə <strong>Azərbaycan</strong>da türkçülük hərəkatını genişləndirmək,millətçilik şüurunu oyatmaq üçün "İttihadi-Tərəqqi"çilərin tövsiyyəsi ilə Vətənədönmüşdü. Bakıya qayıtdıqdan sonra o, bir çox ziyalılarla ünsiyyətdə oldu vəƏ.M.Topçubaşovun redaktoru olduğu "Kaspi" qəzetində məqalələr nəşr etdirdi.Vətənə dönüşündən iki il sonra Əli bəy mətbuat tariximizə şərəfli səhifələriniyazmış “Həyat”ın yaradıcılarından biri kimi daxil oldu."Həyat"da Əli bəy Hüseynzadənin 50-yə yaxın tarixi-publisistik, siyasifəlsəfiməqalələri dərc olundu. İctimai-siyasi və fəlsəfi fikir tariximizin böyükşəxsiyyətinin mətbu irsini görkəmli tədqiqatçısı, filologiya elmləri namizədi OfelyaBayramova gərgin zəhməti və elmi axtarışları bahasına tədqiq etmiş,sistemləşdirmiş və kitab halında oxuculara çatdırmışdı."Həyat"ın əsas qayəsi vətənə, xalqa, türkçülüyə xidmət idi. ProfessorƏ.Mirəhmədov "Türklüyə xidmət nümunəsi" məqaləsində qeyd edir ki,“Həyat”çıların əsas yaradıcılıq yolu ədəbiyyat, mətbuat və fəlsəfəyə xidmət,həmçinin, sosial kredosu azadlıq və milli birlikdir.1905-ci il iyunun 7-dən 1906-cı il sentyabrın 3-nə qədər “Həyat”ın 325nömrəsini buraxmaq mümkün oldu. Bunlardan 131-i 1905-ci, 194-ü isə 1906-cıildə işıq üzü görmüşdü. “Həyat”ın 101-ci sayı Əli bəy Hüseynzadə və Əhməd bəyAğayevin redaktorluğu ilə çıxmışdır. Bu tarixdən sonra bu iki mütəfəkkirin yollarıayrılır, Ə.Hüseynzadə “Həyat”ın çapını davam etdirir, A.Ağaoğlu isə "İrşad"qəzetini nəşr etdirdiyinə görə ondan uzaqlaşır. "Həyat"ın 102-ci sayındaƏ.Ağaoğlunun belə bir məzmunda məktubu vardır: "Sevgili qardaşım Əli bəy!Təvəqqe edirəm ki, qəzetinizdə məlum edəsiniz ki, mən bundan sonra "Həyat"müdirliyindən xaric olub "Həyat" ilə heç bir əlaqəm yoxdur. Əhməd bəy Ağayev".Həmin vaxt Əhməd bəy Ağaoğlunun “Həyat”dan getməsi barəsindəmüzakirələr aparılmış, bir qrup ziyalı bu gedişdən narazı qalmışdı. Görünür,proseslərə yanaşmada fərqlilik, fikir müxtəliflikləri Əli bəylə Əhməd Ağaoğlununbir yerdə çalışmasına imkan verməmişdi.Çox çətin və şərəfli ömür və yaradıcılıq yolu keçmiş, ictimai-siyasi fikirtariximizin önəmli şəxsiyyətlərindən olan Əhməd bəy Ağaoğlu da “Həyat”ınsəhifələrində müntəzəm siyasi-publisistik yazıları ilə çıxış edirdi.“Həyat”ın ilk sayındakı proqram xarakterli məqaləsində Ə.Ağaoğlu etnikmənsubiyyətini dərk edən və milli sərvətlərinə sahib çıxan <strong>Azərbaycan</strong> xalqınınislami dəyərlərə sadiq qalacağını bəyan edirdi: "Əgər biz irəliləmək və həyatibirliyə malik bir millət olmaq istəyiriksə, biz hər şeydən öncə müsəlman olaraqqalmalıyıq. Bizim irəliləmək istəyimiz, həyat şərtlərinin yaxşılaşdırılmasıistiqamətində olan səylərimiz islam qanunlarına vabəstə olaraq əldə edilə bilər".XIX əsrin sonlarında və XX əsrin əvvəllərində türk xalqlarının millət kimiformalaşmasında, onların milli təfəkkür sahiblərinə çevrilməsində Ə.Ağaoğlunun64

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!