11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qardaşları"nın mətbəəsində kitablarla yanaşı, bir neçə qəzet nəşri də həyatakeçirildi ki, onlardan da biri Üzeyir bəy Hacıbəyovun redaktorluq etdiyi "Həqiqət"idi. 1909-cu ilin dekabr ayının 25-də ilk sayı işıq üzü görən, gündəlik nəşr olan"Həqiqət"in ömrü uzun olmadı. 1910-cu ilin avqustunda "zərərli istiqaməti"nə görəbağlandı. "Həqiqət" qapadıldıqdan sonra "Orucov qardaşları" bir-birinin davamıolaraq "Günəş", "Yeni həqiqət", "Məlumat" adında qəzetlərin nəşrini həyatakeçirmişlər. Bu qəzetlərin də fəaliyyətləri uzun sürmədi. Belə ki, "Günəş" 1910-cuilin avqust ayının 24-də işıq üzü görmüş, 1911-ci ilin yanvarın 20-dək fəaliyyətgöstərdi. “Yeni həqiqət”in isə ömrü cəmi üç ay olmuş, 1911-ci ilin yanvarın 21-dəilk sayı çap olunmuş, həmin ilin martında bağlanmışdı. “Yeni həqiqət”əİstanbuldan Əhməd bəy Ağaoğlu məktublar göndərmiş, publisist yazılarını dərcetdirmişdi. Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Molla Ruhulla Məhəmmədzadə,Həsən Səbri Ayvazov qəzetin fəal əməkdaşları olmuşlar.1911-ci ilin iyulun 2-də Hacı İbrahim Qasımovun müdirliyi, Mehdi bəyHacılının baş redaktorluğu ilə "Məlumat" qəzeti oxuculara çatdırıldı. Təəssüf ki,"Məlumat"m da yolu hökumət orqanları tərəfindən bağlandı.1911-ci ildə doktor Qarabəy Qaraboyovun səyi ilə "Kaspi" mətbəəsində"Həqq yolu" jurnalı nəşrə başladı. "Siyasi-ictimai, fənni, ədəbi, iqtisadi həftəliknəşr olan "Həqq yolu"nun ilk sayı 1911-ci ilin dekabr ayının 14-də işıq üzü gördüvə 1912-ci ilə qədər fəaliyyət göstərdi. Bu məcmuədə Mahmud Nədim,Məhəmməd Sadıq Axundov, F.Köçərli publisistik yazılarını oxuculara təqdimetmişlər.1911-ci il mart ayının 18-dən 19-na keçən gecə Bakı vilayət jandarmidarəsi "zərərli istiqamət" yürütdüklərinə görə bir neçə mətbuat işçisini həbs etdi."Yeni Fyuzat" jurnalının baş redaktoru Əhməd Kamal, jurnalın redaktoru Əli PaşaHüseynzadə, "Yeni həqiqət" qəzetinin naşir və müdiri Oruc Orucov MəhəmmədSadıq Axundov, Əliabbas Müznibi həbs olunanlar siyahısında idi. Həbs olunanjurnalistlərin evləri, qəzet-jurnal redaksiyaları, mətbəələri axtarılmış, xeyli saydaçap olunmamış materiallar və satışdakı nüsxələr müsadirə olundu. Jandarmtutulanların yaxın qohum-əqrəbalarını, tanışlarını, qonşularını istintaqa çəkmiş,məhkum olunmuşlar barəsində əlavə material toplamışdı. 1911-ci ilin mart ayının24-də həbs olunanlar Bayıl həbsxanasına aparıldı. Bu doqquz nəfər jurnalistinhəbsinə "Yeni Fyuzat" jurnalının 1910-cu ilin beş və altıncı saylarında çapolunmuş məqalələr "əsas yaratmış"dır. Materialların polis tərəfindən araşdırılmasızamanı "Yeni Fyuzat"ın beşinci sayında Əhməd Kamalın "Biz özümüzmüqəssirik", altıncı sayında isə sərlövhəsiz baş məqaləsi "zərərli" sayılmışdır.Türkiyə təbəəsi olan Əhməd Kamalın panislamizm, pantürkizm yaydığınıəsaslandırmağa çalışanlar onunla həmfikir olan, eyni mövqedə dayananjurnalistləri, bir sıra qəzetlərin naşir-redaktorlarını da həbs etmişdilər.98

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!