11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

"panislamizm"də, "pantürkizm"də suçlayırdılar. Haşım bəyin milli düşüncələrionutı vətənpərvərliyindən, millətini sevməkdən və islami dəyərlərindən doğurdıı.Onun üçün "millətin tək-tək şəxslərinin hamısı qiymətli bir üz idi" və Haşım bəy"əhli sərvətlə, rəncbəri, rəiyyəti" fərqləndirmirdi. O, əlinin əməyi, zəhmətihesabına dolananları, cəmiyyətin bütün təbəqələrini əhatə edən çalışqan insanımillətinin sərvəti hesab edirdi. Siyasi baxımdan “Təzə həyat”ın "tərəqqipərəstlikyolu tutacağına", "Rusiyada rus millətinə verilən hüquq və imtiyazların"müsəlmanlara da tətbiq olunması üçün mübarizə aparacağına işarələr verilirdi. Dilməsələsində qəzet "mümkün olan qədər camaətin çoxuna aşina olmadan ləfçlərdən,istilahlardan qaçacağını, sadə dildə yazacağını" qarşısına əsas məqsəd qoymuşdu.Qəzet öz ətrafına dövrün tanınmış qələm əhlini, publisistləri toplamışdı ki,bu sırada M.Ə.Sabir, M.Hadi, M.S.Ordubadi, Məşədi Azər, Hacı İbrahimQasımov, Axund Yusif Ziya Talıbzadənin adları var.“Təzə həyat”ın 1907-ci il aprelin 1-dən dekabrın 31-dək 209, 1908-ci ildəisə 230 nömrəsi işıq üzü görüb. 1906-cı ilin sentyabr ayında Bakı generalqubernatorunəmri ilə "zərərli istiqamətinə görə" qəzetin nəşrinə xitam verilmişdir.H.Vəzirov bundan sonra yenidən qəzet nəşr etmək üçün Bakı ŞəhərBələdiyyə İdarəsi rəisinə müraciət edir və "İttifaq" adlı qəzetin çapına icazə alır.1908-ci ilin dekabr ayının 1-də "İttifaq"ın ilk sayı oxuculara çatdırılır. Siyasi,ictimai və ədəbi qəzet olan "İttifaq" gündəlik nəşr olunurdu. Bu mətbu orqanın ənfəal əməkdaşları Məhəmməd Hadi və Ələbbas Müznibi idi. <strong>Azərbaycan</strong> romantikədəbiyyatının nümayəndəsi olan Hadi yazdığı şeirləri bu qəzetdə çap etdirirdi. Rusədəbiyyatının klassiklərindən L.N.Tolstoy, İ.V.Qoqol, Qriboyedov, Nekrasovbarədə qəzetdə ardıcıl yazılar nəşr olunur, Cənubi <strong>Azərbaycan</strong>da gedən azadlıqhərəkatına, onların fəallarına geniş yer verilirdi.H.Vəzirovun özü "İttifaq"da həm açıq, həm də gizli imzalarla çıxış edir,dövrün oxucularına tanış gələn "Keyfim gələndə" başlığı ilə dərc etdiyi yazıları"Birisi" imzası ilə çapa verirdi. Nəşrinin ilk ayında, yəni 1908-ci ilin dekabrın 1-dən 31-dək qəzetin 25 nömrəsi, 1909-cu ildə isə 226 nömrəsini çıxarmaqH.Vəzirova nəsib oldu."İttifaq"ın 221-ci nömrəsində islam dinindən sui-istifadə edib, fanatizmicəhalət yayanların ciddi tənqidi "İttifaq"ın bağlanmasına səbəb oldu. Senzorunverdiyi məlumatlar əsasında H.Vəzirov cəzalandırıldı və Bakı Şəhər İdarəsirəisinin əmri ilə "İttifaq" 1909-cu ilin oktyabr ayının 3-də bağlandı.H.Vəzirov baş verən bu hadisələrdən sonra ruhdan düşmədi, "Səda" adlıqəzetin nəşri üçün çalışdı. Nəhayət, 1910-cu ilin mart ayının 9-da "Səda"nın nəşriqanuniləşdi. Vəzirov qəzetin çapına icazə alsa da, vaxtında onun nəşrini həyatakeçirə bilmədi. "Səda"nın ilk sayı icazə alındığı vaxtdan yeddi ay sonra, oktyabrayının 12-də çıxarıldı.107

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!