11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
• No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan və rus dillərində çapı nəzərdə tutulan "Təzə xəbərlər" adlı qəzetinnəşrinə icazə istəyir. Ancaq bu dəfə də Nərimanovun arzusu reallaşmır.Bakı şəhər məktəblərinin müəllimləri S.M.Qənizadə və "HəbibullabəyMahmudbəyov 1896-cı ilin may ayında "Nübar" adlı ədəbi-pedoqoji jurnal nəşretməyə qərar verirlər. Hər iki müəllimin imzaladığı ərizədə deyilir: "Bizdə,Rusiyada rus müsəlmanları üçün bir dənə də olsun ədəbi jurnalın olmamasıüzündən Zaqafqaziya müsəlmanları hələ də məişətdə fars kitablarını oxumaqdadavam edirlər".Lakin çar orqanları "Nübar"ın çapına icazə vermədi. Bu dəfə isəS.M.Qənizadə "Çıraq" adlı qəzetin nəşrinə razılıq almaq istəyir, ancaq yenə dəonun istəyi baş tutmur.Azərbaycan ziyalılarının göstərdikləri fədakarlığa, təşəbbüslərəbaxmayaraq XIX əsrin son on illiyində anadilli mətbu orqan yaratmaq mümkünolmadı. Ancaq bu dövrdə Qafqazda rus dilində 20-dən artıq mətbuat fəaliyyətgöstərirdi. Bu mətbu orqanların bir neçəsi isə Bakıda nəşr olunurdu.Rusdilli mətbu orqanlar. Bakıda nəşr olunan rusdilli mətbuat orqanlarıQafqazın digər bölgələrindəki qəzetlərlə eyni siyasi ideyaların daşıyıcısı idi. Bunəşrlərin əsas vəzifəsi Çar Rusiyasının yeritdiyi ruslaşdırma ideyasına xidmətedirdi. Azərbaycanda çıxan ilk rusdilli nəşr "Bakinskiy listok" hesab edilir. Buqəzetin baş redaktoru Bakı gimnaziyasının müəllimi Xristian Sink idi. O, Bakıqubernatoru, general-leytenant Kalyubaykinə 1870-ci il 25 fevral tarixli ərizəsindəöz məqsəd və məramını belə izah edir" "Bakı quberniya əhalisinin öz mətbuatorqanının olmasına görünən tələbi və şəxsi istəyim, mənə yaxın olan cəmiyyətinxeyrinə bütün qüvvəmi sərf etmək arzusu doğurmuşdu. Bu cəhət məni siz olahəzrətdən Bakı şəhərində qəzet nəşrinə icazə istəmək cəsarətinə məcbur edir".1870-ci il dekabr ayının 3-də qəzetin çapma rəsmi icazə verildi. İlknömrəsi 1871-ci il martın 19-da çıxmış qəzet iyun ayında bağlandı. 1872-ci ilinyanvarında qəzetin nəşri yenidən bərpa olundu, həmin ilin iyunun 3-dəkfəaliyyətini davam etdirdi. Qəzet İçərişəhərdə, Mixail Voliçkin adlı şəxsin xüsusimətbəəsində çap olunurdu.X.Sink "Bakinskiy listok"da Azərbaycan şöbəsi açmaq üzərində dədüşünürdü. Qəzetin nəşrinə verilən icazə şərtlərində bu barədə qeyd də var."Bakinskiy listok"un Azərbaycan dilində ruscadan tərcümə olunmuş məqalələrinçapına icazəsi vardı. Lakin senzorun Azərbaycan dilində bilməməsi səbəbindən buiş Azərbaycan dilini yaxşı bilən məmurlardan birinə həvalə olunmalıydı. Qəzetinilk sayındakı baş məqalədə bu məsələyə də toxunulub: "Sevinirik ki, bizim tatardilində (Azərbaycan türkcəsi - red) ilk qəzet yaratmaq səylərimiz səmərəsizqalmadı, bizim elanımız kütlə tərəfindən rəğbətlə qarşılandı, abunəçilərin miqdarıgözlədiyimizdən də çox oldu. Abunə hətta ucqar tatar (Azərbaycan - red.)43

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!