11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İkinci bənddə "ancaq məhkəmə təriqi ilə təhti-məsuliyyətə alına bilmə" diqqətəçatdırılırdı. Üçüncü bənddə isə "Baş hökumət idarəsi nəzdində olacaq mətbuatişləri baş müfəttişinə" idarə və ümumi nəzarət işləri həvalə olunurdu.<strong>Azərbaycan</strong>da söz və mətbuat azadlığını, fikir plüarizmini dövlətin əsasprioriteti hesab edən və hüquqi baxımdan əsaslandıran bu qanunvericilik aktındaM.Ə.Rəsulzadənin dediyi kimi "azad mətbuatla anarxiya mətbuatının arasındakıfərqlər" müəyyən edilirdi.Parlamentin 23 oktyabr 1919-cu il tarixli iclasında qanun layihəsi"<strong>Azərbaycan</strong>"ın redaktoru Şəfi bəy Rüstəmbəyli tərəfindən müzakirəyə təqdimolunmuşdur. Layihə ətrafında hakimiyyətə müxalif olan "Hümmət"çilər,sosialistlər fraksiyasının millət vəkilləri çıxış etmişlər. Həsən bəy Ağayevinsədrliyi ilə keçirilən iclasda Şəfi bəy Rüstəmbəyli, Səməd Ağamalıoğlu, İbrahimƏbilov, Nəsib bəy Yusifbəyli, Əliheydər Qarayev, Əhməd Pepinov,M.Ə.Rəsulzadə və başqaları fikir və təkliflərini səsləndirib, layihə barəsindəmövqe bildirmişlər. Gərgin keçən müzakirələrdə layihənin üçüncü bəndinəsosialistlər ciddi etiraz bildirərək salonu tərk ediblər. Müzakirələrdə diqqətçəkənməqamlardan biri ondan ibarətdir ki, Ş.Rüstəmbəyli öz çıxışında mətbuatınqanunla tənzimlənməsinin Avropa təcrübəsindən danışır. Ş.Rüstəmbəyli bildirirdiki, Avropada ictimai-siyasi hərəkatın tarixinə görə, azadlıq qeyri-məhdudsəviyyədə ola bilməz. Mətbuat və söz azadlığı sərhədsiz şəkildə qəbul olunsa,insanlar ondan istədiyi kimi istifadə edəcək. Bu, ölkədəki siyasi durumugərginləşdirə, xarici təhdidləri artıra, ideoloji basqıları gücləndirə, nəhayətdə yeniqurulmuş dövlətə ziyan gətirə bilər. O, göstərirdi ki, bütün sahələrdə olduğu kimimətbuat da qanuna tabe olmalıdır. Gərgin keçən müzakirələrdən sonra qanun qəbuledilib.Qanun ilk dəfə “<strong>Azərbaycan</strong> Cümhuriyyəti hökumətinin əxbarı”nda 27noyabr və 27 dekabr 1919-cu il saylarında dərc olunmuşdur.Mətbuat tariximiz üçün böyük əhəmiyyət daşıyan "Mətbuat haqqındanizamnamə" ilk dəfə professor Şirməmməd Hüseynov tərəfindən ərəbqrafikasından latın əlifbasına transleterasiya edilmişdir.1918-1920-ci illəri əhatə edən cümhuriyyət dövrü mətbuatı ideolojimübarizələrin ağırlığı dövrü kimi xarakterizə olunur. Dövrün ən kəskin problemiolan milli məsələdə və müstəqil dövlət qurmaq ideyası ətrafında bolşeviklərləmüsavatçılar zidd mövqedə dayanırdılar. Unitar dövlət tərəfdarı olan və dünyaproletar inqilabı ideyası ilə xəstələnmiş bolşeviklər müstəqil dövlət qurmaq istəyənmilli qüvvələrə qarşı açıqdan-açığa düşmən movqeyində dayanırdılar. Beləziddiyyətli, mübarizələrlə dolu olan zaman kəsiyində <strong>Azərbaycan</strong> mətbuatınınçeşidli nümunələri eyni məkanda yan-yana fəaliyyət göstərirdi.132

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!