11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

"<strong>Azərbaycan</strong>"ın bütün saylarında "Molla Nəsrəddin" ədəbi məktəbinintəsiri hiss olunur. Bu oxşarlıq satirik şeirlərdə, istərsə də nəsrlə yazılmışmateriallarda kifayət qədər qabarıq görünür. Məcmuədə mövzunun məqsədi vəməramını açıqlayan, yazıya böyük məna verən karikaturalar da öz sələfi olandərgidəki karikaturaları xatırladırdı: "Ərbab və rəncbər" adlı karikaturada şişmanbir mülkədar təsvir olunub. Onun qarşısında cındır əbalı kəndli öz ailəsi ilədayanıb. Kəndlinin kiçik uşağı əlini ağzına apararaq ac olduğunu bildirir,mülkədarla kəndli arasında isə buğda təpəcikləri vardı. Böyük buğda təpəsininüstünə "ərbabın payı", kiçiyin üstünə isə "rəncbərin payı" yazılmışdır. Kəndli əli ilətaxıla işarə edib, ac olduğunu söyləyir. Mülkədar isə qəzəbli baxışlarla kəndlinitəhdid edir Bu karikatura sinfi mahiyyətdən doğmasına baxmayaraq, gününreallığını özündə əks etdirirdi.Jurnalın 3-cü sayında dərc olunan karikaturada tiryəkxana təsvir olunurdu.5-6 nəfər nəşələnən şəxsin qarşısında manqal, dəm çaydanları var idi. Onlartiryəkin təsirindən xumarlanıblar. Bu karikatura Cənubi <strong>Azərbaycan</strong>da bəzilərininhəyatına qəsb edən, onları ictimai mühitdən uzaqlaşdırıb məst edən tiryək əleyhinəkəskin münasibət idi."<strong>Azərbaycan</strong>"ın fəaliyyəti İran hökumətini narahat etməyə bilməzdi, onlarjurnalın bağlanması üzərində düşünürdülər. İranda baş verən 1907-ci il inqilabıavqust-sentyabr aylarında böyük təhlükə qarşısında qalarkən jurnal da çətinvəziyyətlə üzləşdi və 1907-ci ilin sentyabrında 21-ci saydan sonra bağlandı."<strong>Azərbaycan</strong>"ın redaktoru Əliqulu Səfərov Təbrizin müasir dünyagörüşəsahib ziyalılarından hesab olunurdu. O, Cəlil Məmmədquluzadə ilə dost idi.Jurnalın Ə.Səfərovdan başqa əsas mühərrirləri Xəzani və Sərraf idi."Molla Nəsrəddin" məktəbini davam etdirən məcmuələrdən biri dəƏləsgər Əliyevin redaktorluğu ilə nəşr olunan "Bəhlul"dur. Jurnal 1907-ci il mayayının 19-da nəşrə başladı.Ələsgər Əliyev 1883-cü ildə anadan olub. 1898-ci ildə Bakıda rus-tatarməktəbini bitirib "Kaspi" mətbəəsində çalışmışdır. Bakı sosial-demokratlarınaqatılan Ə.Əliyev bir sıra siyası intibahnamələrin çapında fəallıq göstərmiş, əqidəcəsosial-demokrat kimi formalaşmışdı.1904-cü ildən başlayaraq pedaqoji fəaliyyət göstərən Ə.Əliyev bir sıramətbu orqanlarla əməkdaşlıq etməyə başladı. Onun Peterburqda nəşr olunan"Ülfət" qəzetində, Kazanda çıxan "Vaxt" qəzetində bir sıra yazıları, publisistikqeydləri işıq üzü görmüşdür. Siyasi fəaliyyətinə, bolşevizmi yaydığına görə 1908-ci ildə həbs olunaraq Həştərxana göndərilmişdir. Həbsxanadan çıxdıqdan sonraHəştərxanda Dadaş Bünyadzadənin redaktorluğu ilə nəşr olunan "Tartış" qəzetindəəməkdaşlıq edib.96

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!