11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

uznamələr dəxi yetişmiyor". Qəzetin fəaliyyətinin dayandırılmasını abunə azlığıdil qəlizliyi, fikir mürəkkəbliyi və jurnalistika təcrübəsinin yetərincə olmaması iləbağlayanlar bu fakta diqqət yönəltməlidirlər. Elə bu səbəbdəndir ki, XX əsrinəvvəllərindəki mətbuat nümunələri haqqında xatirələrində Abdulla Şaiq o dövrünnəşrlərini qaranlıq gecədə bir-birinin ardınca yanıb-sönən ulduzlara bənzədirdi. Budövrdə <strong>Azərbaycan</strong> mətbuatının ən parlaq nümunəsi olan "İrşad" yenilikçi mətbuatorqanı kimi öz missiyasını layiqincə davam etdirir, fikir və informasiya istehsalı iləməşğul olurdu. "İrşad"ın göstərdiyi yol ümumxalq yolu olduğundan sonralar istər"Molla Nəsrəddin"çi mətbu orqanlar, istərsə də "Fyuzat"çı romantik-fəlsəfi nəşrləronun prinsiplərini daha geniş miqyasda davam etdirdilər. "İrşad"dan sonra onunəsas aparıcı yazarları dövrün müxtəlif mətbu nəşrlərində çalışır, millijurnalistikamızın inkişafına öz töhvələrini verirdilər. Dövrün bir sıra aparıcı mətbunəşrləri ilə yanaşı, "İrşad"dan sonra fəaliyyətə başlayan "Yeni İrşad" və "Çarıxçı"deyilənlərə sübutdur. "Yeni İrşad" gündəlik ədəbi, elmi, siyasi, iqtisadi qəzet,"Çarıxçı" isə "Yeni İrşad"a əlavə olunan satira vərəqəsi idi. "Yeni İrşad"ın imtiyazsahibi və redaktoru Y.Əhmədov, baş redaktoru Mehdi bəy Hacınski idi. Qəzetin1911-1912-ci illərdə cəmi 153 sayı işıq üzü görmüşdü.Ə.Ağaoğlu başda olmaqla "İrşad" və irşadçıların fəaliyyəti azad cəmiyyət,müstəqil dövlət və bütöv vətən ideyasına əsaslandığından, öz dövrlərindəmühafizəkar qüvvələrin açıq-aydın təzyiqlərinə məruz qalmışdır. Bu təhdidlər,səhv yanaşma tariximizin sovet dönəmində də təkrar olunmuş, panislamist vəpantürkist damğası ilə "İrşad" obyektiv təhlildən kənarda qalmışdır."Fyuzat" jurnalı"Həyat" qəzetinin 1906-cı il sentyabr ayının 3-də çıxan sonuncu sayındabelə bir elan vardı: "Həyat" qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə"Fyuzat" namı ilə ədəbi, fənni, ictimai, siyasi bir həftəlik məcmuə intişarabaşlayacaqdır:" "Fyuzat" Əli bəy Hüseynzadənin baş redaktorluğu, HacıZeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabr ayının 1-dənBakıda nəşr olunmağa başladı. "Ədəbi, fənni, siyasi, ictimai, müsəvvər həftəliktürkcə məcmuəyi-islamiyyə" olan "Fyuzat" redaksiyası Nikolayevski küçəsindəHacı Zeynalabdin Tağıyevin mülkündə yerləşirdi. İllik abunə haqqı 6 manat, 6aylıq isə 3 manat 50 qəpik idi. Mətbuat və ictimai-siyasi, bədii fikir tariximizəədəbi məcmuə kimi daxil olan "Fyuzat" Ə.Hüseynzadənin "Həyat" qəzetininsonuncu sayında "Vidanamə" başlıqlı məqaləsində göstərdiyi kimi "qüdrətli, ədəbiqələm sahiblərinin cəm" olduğu nəşr kimi diqqəti çəkdi. Jurnalın ilk sayındaməram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə "Həyat və meyli-fyuzat"məqaləsində fyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı: "Məcmuəmizə76

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!