11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
• No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qafqaz İslam Ordusu bolşevik-daşnak birləşmələrinə, ingilis qoşunlarınaqarşı 6 ay savaş apardı. Göyçay, Kürdəmir, Salyan, Neftçala, Şamaxıdüşmənlərdən təmizləndi və nəhayət, 1918-ci ilin sentyabrın 15-də Bakı azadedildi. Bu xəbəri sentyabrın 16-da Gəncədə Yelizavetpol qubernatorununmətbəəsində çap olunan "Azərbaycan" qəzeti xəbər verdi. Dörd səhifədən ibarətolan bu qəzetin iki səhifəsi Azərbaycan türkcəsində, iki səhifəsi isə rus dilindəburaxıldı."Azərbaycan"ın ilk sayında Bakının azad olunması, Qafqaz İslamOrdusunun qardaş köməyi barəsində yazılar, informasiyalar kifayət qədər maraqdoğurur. Bu haqda xəbərlərdə deyilirdi ki, Azərbaycan Cümhuriyyəti adına Qafqazİslam Ordusunun komandanı Nuru Paşa həzrətləri tərəfindən belə bir teleqramgəlmişdir: "Bismillahir-rəhmanir-rəhim. Bakı şəhəri 15.09, saat 9-a işləmiş igidordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı FəriqNuru". Qəzetin ilk sayında "Bakının süqutu" başlığı altında yazı və bir neçə təbrikteleqramları dərc edilib. Belə təbriklərin birini Nuru Paşaya Fətəli Xan Xoyskigöndərmişdir: "Qafqaz İslam Ordusu komandanı səadətli Nuru Paşa həzrətlərinə,təhti komandanıza olan cəsur türk əsgərləriniz tərəfindən Azərbaycanın paytaxtıolan Bakının düşməndən azad edildiyi münasibətilə millətin zati alihəmiyyətpərvərənlərinizi dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdarolduğunu ərz etməklə ixtiyar edirəm, əfəndim. Heyəti vüsəla rəisi Fətəli xan"."Azərbaycan"ın ilk sayında Nuru Paşanın sentyabrın 15-də Gəncəyəgöndərdiyi teleqram da dərc olunub: "Gəncədə Azərbaycan CümhuriyyətiRəyasəti - Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhəriniziyarət etmək üzrə Heyəti - Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm,əfəndim. 15.9.34. Yavərani-həzrəti-şəhriyaridən Fərik-Nuru". "Azərbaycan"qəzetinin verdiyi məlumata əsasən, hökumət üzvləri həqiqətən "yarın", yənisentyabrın 17-də qatarla Bakıya yola düşmüş, şəhərin azad olunması münasibətiləkeçirilən hərbi paradda iştirak etmişlər."Azərbaycan"ın Gəncədəki nəşr dövrü cəmi 10 gün çəkmiş, həftədə ikidəfə, cəmi isə 4 sayı işıq üzü görmüşdü. Qəzetin ilk sayı "heyəti-idarə" imzası iləçap olunmuşdur. Redaksiya Gəncədə Bulatov küçəsindəki 26 saylı evdə yerləşmiş,sonuncu, yəni dördüncü sayı sentyabrın 25-də işıq üzü görmüşdü. İlk dəfə 4 səhifəilə oxucuların görüşünə gələn "Azərbaycan"ın 4-cü sayının üç səhifəsi rus, birsəhifəsi isə Azərbaycan türkcəsindədir.İlk saylarının materiallarında imzalar olmasa da, qəzetin ərsəyəgəlməsində, çətinlikləri dəf etməsində Üzeyir və Ceyhun Hacıbəyovların, Şəfi bəyRüstəmbəylinin əməyi böyük idi.121

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!