11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bu tövr mən istəyirdim qəzetəni vəqtilə bağlayıb dava qurtarandan sonraçıxardım. Amma müsəlmanların düşmənləri əl çəkmədilər. Bir gün gimnaziyanındirektoru mənə məlum elədi ki, sərdarın hökmünə görə, gərək mən Yekaterinodarşəhərinə gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdançıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim.Dava qurtardı, amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıqqulluğuna məni götürmədilər və bakılılardan heç kəs məni qulluğa götürmədi. 1-2yerə cəmiyyət qulluğuna girmək istədim, amma məni seçkidən qaraladılar vəqaralayanlar da Bakı müsəlmanları oldu ki, oraya xaricilərdən intixab etdilər.Belədə mən nə ki "Əkinçi"ni dəxi çıxarda bilmədim, hətta Bakıda da qala bilməyiböz kəndimizə köçüb getdim.H.ZƏRDABĠNĠN DƏFN MƏRASĠMĠNDƏƏHMƏD BƏY AĞAYEVĠN NĠTQĠCəmaət! Biz buraya cəm olmuşuq məşhur və məruf Həsən bəy Məlikovuncənazəsini təşyi etməyə.Baxınız! Göz qabağında nə görürsünüz? Beş gün bundan əqdəm fail,muxtar, hərəkət, hiss, fel sahibi olan bir zatın şimdi bir cansız, hərəkətsiz, heç birişə, heç bir şeyə qabil olmayan bədəni duruyor. Nə oldu, nə ittifaq düşdü? Bubədənə dirilik verən, bu bədəni hərəkətə, hissə, felə qabil edən ruh dediyimiz şeyondan ayrıldı! Pəs insanın insanlığı, insanın diriliyi, insanın varlığı ibarətdir onunruhundan. Lakin ruh özü nədir? Bu məsələləri nə əqil, nə elm və nə fənn həlledəməyib. Hətta lisani-Allah olan Qurani-Şərifimizdə bu məsələ barəsindəbuyrulub: "Əgər səndən sual olunsa ki, ruh nə şeydir, cavab ver ki, bu, bir əmrdirAllah yanında".Fəqət əgər ki, ruh özü bizə məlum deyilsə, onun məzhəri, vücudi-zahirisi,səmərələri bizə məlumdur. Günün olduğu günün şüasından aşkar olduğu kimi,ruhun da varlığı onun səmərələrindən aşikardır. Bu səmərələr hansılardır? Hamaninsanı haləti-heyvaniyyətdən xilas edib də insanlıq halətinə yetişdirməkdən, yənielm və fənn, tərəqqi və təaliyə, həmcinsi olan millətə və ümuminsaniyyətə xidmətetməkdən. Odur ki, yenə lisani-Allah olan Quranımız bu günə ruhi təbiiyyə malikolanlara əsl insan adı qoyub, qalanlarını kələnam, yəni dördayaqlı adlandırıb.İşdə bu nöqteyi-nəzərdə Həsən bəy mərhumun tərcümeyi-halına, ömür vəgüzəratına nəzər edəlim, baxalım, nə dərəcədə o mərhumun ruhu ruhi-əvalimiinsaniyyəti seyr etmiş və özündən sonra nə əsərlər qoymuş.Tam 50 il bundan əqdəm, yəni o vaxtlar ki, Qafqaz dairəsində elm və fənnnə olduğuna etina belə olunmuyordu, Həsən bəy mərhum, Moskva şəhərinə gediborada Darülfünunda təhsil etməyə bəzl hümmət etmiş, sonra Darülfünunun139

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!