11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinəbaxmayaraq, <strong>Azərbaycan</strong> xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır,müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsilolunurdular. 1911-ci ilin oktyabr ayından sonra Müsavat Partiyasının yaranması iləölkədə "türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarı aparıcı milli mətbuorqanların əsas şüarına çevrildi. Müsavat Partiyası öz məramnaməsində ictimai,dini, aqrar, fəhlə və maarif məsələlərinə yer ayırmış, dövlət quruculuğunatoxunmuş, hər bir muxtar qurumun və vətəndaşın hüquqları maliyyə və iqtisadisiyasətini geniş şərh etmişdi. Partiyanın ayrı-ayrı liderləri və üzvləri müəyyənmətbu orqanlarda vaxtaşırı çıxışlar etsələr də, qarşıya qoyulmuş məqsədə nailolmaq üçün xalqla partiya arasında ünsiyyət yaratmaq zərurətini hiss edirdilər.Məhz buna görə də Müsavat Partiyasının öz mətbuat orqanlarını yaratması vacibidi. Bunun üçün qarşıya çıxan bir çox problemləri, o cümlədən texniki məsələləri,kağız-nəşriyyat problemlərini həll etməyə başladılar. Belə bir dövrdə MüsavatPartiyasının orqanı olmasa da, müsavatçılıq ideologiyasını təbliğ edən "İqbal"qəzeti çap edildi.1912-ci ildə Sənətulla İbrahimovun redaktorluğu ilə ilk sayı işıq üzü görən"İqbal" Orucov qardaşlarının mətbəəsində çap olundu. Geniş fəaliyyət proqramı ilənəşr olunan bu qəzetin auditoriyası böyük idi. M.B.Məhəmmədzadə "<strong>Azərbaycan</strong>türk mətbuatı" kitabında yazır: "... Yeni fikirli qəzetə olması ilə "İqbal" ictimai vəmədəni hərəkatımızda pək mühüm bir mövqe işğal etmişdir".1913-cü ildə Sənətulla İbrahimovun ordu sıralarına yola düşməsindənsonra qəzetin redaktorluğunu Hüseyn Sadiq üzərinə götürdü. <strong>Azərbaycan</strong>ınistiqlalçılıq məfkurəsinin banilərindən olan M.Ə.Rəsulzadənin 1913-cü ildəİstanbuldan Bakıya qayıtmasından sonra ölkədə, məxsusi olaraq mətbuat sahəsindəcanlanma yaranmışdı. 1914-ci ilin oktyabr ayından sonra M.Ə.Rəsulzadə "İqbal"qəzetinin baş redaktoru oldu. Bu qəzet fəaliyyətinin son 4-5 ayında MüsavatPartiyasının lider və fəalları tərəfindən nəşr olunub, qəzetin əsas ideya-siyasətiistiqaməti milli ideologiyanın təbliğinə yönəlsə də, bu mətbu orqan partiyanınrəsmi orqanı kimi fəaliyyət göstərmədi. Müsavatçıların bu nəşr ətrafında birləşməsihökumət orqanları tərəfindən narahatlıqla qarşılanmış və bu mətbu orqanqapadılmışdı. “İqbal”ın nəşri dayandıqdan sonra Orucov qardaşları mətbəəsində“Yeni iqbal”ı çıxarmağa başlamışdılar. 1915-ci ildə “Yeni iqbal”daM.Ə.Rəsulzadənin çap olunmuş bir məqaləsi Müsavat liderinin həbsinə səbəbolmuşdur. "Yeni iqbal" 1917-ci ilə qədər nəşr olunmuş, sonra isə "Açıq söz" qəzetiilə birləşmişdi."Yeni Fyuzat" Birinci Dünya müharibəsi ərəfəsində nəşr olunan həftəlikməcmuələrdən biridir. Hər həftənin şənbə günü nəşr olunan jurnalda mövzularauyğun olan şəkillər də dərc olunurdu. “Yeni Fyuzat”ın ilk sayı 1910-cu ilin99

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!