11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
• No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

"Molla Nəsrəddin" jurnalı fəaliyyət göstərdiyi 25 il ərzində böyük birədəbi məktəb yaratdı. Mollanəsrəddinçilər klassik Azərbaycan, Şərq və russatirasından, xalq yumoru və folklorundan məharətlə istifadə edərək Azərbaycanədəbi dilini zənginləşdirdilər. Onlar ən böyük, ən ciddi məsələləri xalqın "öz anadilində", məzəli bir formada izah etməyə çalışırdılar. Məcmuədə işlənən bədii ifadəvasitələri çox zəngin və rəngarəng idi. Sadə, rəvan dildə problemləri qələmə alıboxucuya çatdırmaqla "Molla Nəsrəddin" özündən əvvəlki mətbu orqanlardankifayət qədər fərqlənirdi. Məcmuədə satirik şeir və hekayə formalarından əlavə,açıq məktub, satirik dialoq, tapmaca, elan, teleqraf və lüğət formalarına damüraciət edilirdi ki, bu da jurnalistikada yeni bir istiqamət kimi qəbul edilir.Jurnalın səhifələrində dərc olunan karikaturalar mövzunun açımı, oxuculara sərrastçatdırılması üçün olduqca əhəmiyyətli idi.İnqilabi-demokratik ideyaların yayılması, milli şüurun oyanışı, millimədəniyyətin inkişafı və müasir dünyagörüşün formalaşmasında böyük xidmətlərgöstərən "Molla Nəsrəddin" Azərbaycanda ictimai və bədii fikrin zənginləşməsinəxidmət etdi. Bu məcmuənin mətbuat tariximizdə önəmi həm də ondan ibarətdir ki,ömründə dəftər-kitab üzü görməyənlər də "Molla Nəsrəddin"i alır, oxumağa,yazmağa başlayırdılar. Deməli, bu dərgi həm də dövrün oxucu kütləsininformalaşmasına böyük təkan vermişdi."Molla Nəsrəddin" Yaxın və Orta Şərq xalqlarının milli oyanışına, azadlıqhərəkatına böyük xidmət etdi. Orta Asiya, İran, Türkiyə, Tatarıstan və başqayerlərdə inqilabi ideyaların yaranmasına, yeni tipli realist ədəbiyyatınyaranmasında "Molla Nəsrəddin"in rolu danılmazdır. İranda və CənubiAzərbaycanda çıxan "Suri-İsrafil", "Azərbaycan", "Baba Şəməl", "Nəsimi-Şimal",Aşqabadda türkcə çap edilən "Tokmak" kimi jurnallar bu və ya digər dərəcədə"Molla Nəsrəddin"ə bağlıdır."Molla Nəsrəddin"çi jurnallar. "Molla Nəsrəddin"in CənubiAzərbaycanda məslək dostu, onun səsinə səs verən, Səttarxanın adı ilə bağlı olan"Azərbaycan" jurnalıdır. Məcmuənin ilk sayı 1906-cı ilin dekabrın 6-da işıq üzügörmüşdü. M.S.Ordubadi bu barədə yazır: "Səttarxan "Azərbaycan"ın ilknömrəsini gördükdə "bu gün Azərbaycan xalqının milli bayramıdır" demiş vəağlamışdır".Jurnal 1907-ci ilin sentyabrınadək nəşrini davam etdirmiş və CənubiAzərbaycanın "Molla Nəsrəddin"i adını qazanmışdı. İlk sayda bu bağlılığı özündəehtiva edən "Azərbaycan" Molla Nəsrəddinin şəkili ilə Cənubi Azərbaycanı təmsiledən Hacı Babanın bir yerdə şəklini dərc etmişdi. Molla Nəsrəddin gülümsərnəzərlə Hacı Babaya baxır, ona şirin-şirin nəyisə nəql edir, cənublu "Molla" isə onadiqqət kəsilir.95

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!