11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
• No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1907-ci ildə H.Zərdabinin dəfn mərasimində natiqlərdən biri belə deyib:"Həsən bəy Bakıya ac gəldi, ac da getdi". Bu sözlərdə böyük həqiqət yükü var.Həsən bəy ömrü boyu özü üçün yaşamadı, şəxsi mənfəətlərini güdmədi, xalqınsəadətini hər şeydən üstün tutdu. Həsən bəy Zərdabi Azərbaycan tarixində nadirşəxsiyyətlərdəndir. O, öz xalqının inkişafı yolunda yorulmadan çalışdı, özündənsonra təmiz, yüksək ehtirama layiq ad qoyub getdi."Ziya" (Ziyayi-Qafqaziyyə) qəzetiAzərbaycanın ilk milli mətbuat orqanı olan "Əkinçi" bağlandıqdan sonraanadilli qəzetlərin çapı gündəmə gəldi və bu yöndə ilk cəhdi Bakı gimnaziyasınınşəriət müəllimi Mirzə Məhəmməd bəy etdi. Mirzə Məhəmməd bəyin "Camhacannüma və ayişeyi bədənnüma" adlı qəzet nəşr etmək istəyi baş tutmadı. Millimətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə"Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatıtarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünüvurdu.Azərbaycanda mətbuatın formalaşmasında, mətbəəçilik işinin dövrüntələblərinə uyğun qurulmasında böyük xidmətlər göstərmiş və nəşr etdiklərimətbuat nümunələri ilə jurnalistikamıza xidmət etmiş Ünsizadə qardaşlarının həyatvə fəaliyyətləri, şəxsiyyətləri maraq doğurur. Qeyd etmək yerinə düşər ki, mətbuatfədailəri olan bu qardaşların görmüş olduqları geniş ölçülü fəaliyyət hələ kifayətqədər tədqiq olunmamışdır. Bu qardaşların atalarının adı Şamaxı hakimi Cəfərquluxanın şeirlərinin birində çəkilir, alim bir şəxs kimi təqdim olunur. Əldə olunanmateriallardan bəlli olur ki, Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirləryazmış, yaşadığı Şamaxı və ətraf bölgələrdə tanınmışdır. Əbdürrəhman əfəndininölümündən sonra oğlanları Ünsizadə soyadını görürmüşlər. Ailənin böyük övladıHacı Səid XIX əsrin təxminən 30-cu illərində Şamaxıda anadan olub, ilk təhsiliniatasından almışdır. Şamaxı mədrəsəsini bitirdikdən sonra təhsilinimükəmməlləşdirmək üçün dövrün islam mədəniyyətinin beşiyi hesab olunanBağdada getmiş, islamı mükəmməl öyrənmişdir. Təhsilini bitirdikdən sonraŞamaxıya qayıtmış, burada məktəb açaraq, ədəbi yaradıcılıqla məşğul olmuş,"Beytül-Səfa" şeir məclisində iştirak etmişdir.Ağarəfi Zeynalzadənin "Azərbaycan mətbuatı və çar senzurası (1850-1905)" adlı monoqrafiyasında Ünsizadə qardaşlarının fəaliyyəti barəsində maraqlıfaktlar var. Ortaya çıxarılan sənədlərdən bəlli olur ki, "Ziya" qəzetinin yaradıcısıSəid Ünsizadə 1866-cı ildə Şamaxı Şəriət məclisinə üzv seçilmişdir. Üç il sonra isəSəid əfəndi Bakı quberniyası ruhani məclisinin üzvü kimi dini fəaliyyətlə məşğulolmuşdur. Xalqın maariflənməsinə daim maraq göstərən Səid əfəndi 1875-ci ildə27

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!