11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Mətbəənin çap etdiyi tərcümə kitabları arasında Kilforun yazdığı "HəzrətMəhəmməd haqqında Amerika müvərrixi Kilforun rəyi" əsəridir. Onu AbdinzadəNamidər dilimizə çevirmişdi.Mətbəədə çap olunan bir çox kitabın redaktəsini, hətta korrektorluğunu daH.Vəzirov öz üzərinə götürürdü.Bütün bu işlər H.Vəzirovun <strong>Azərbaycan</strong> jurnalistikası ilə yanaşı,mətbəəçiliyin inkişafında da göstərdiyi böyük xidmətlərdir.Birinci Dünya müharibəsi illərində mətbuat1914-cü ilin iyun ayında bəşəriyyət tarixində öz miqyasına, hərbiəməliyyatlara cəlb olunan dövlətlərin sayına görə dünyanın ən böyük müharibəsihesab edilən Birinci Dünya müharibəsi başladı. Müharibənin başlanmasınınsəbəbkarı Almaniya, İngiltərə, Avstriya, Macarıstan və Rusiya idi. Qlobalmahiyyət alan bu müharibədə dünyanın 38 ölkəsi iştirak edirdi. Almaniyanın hərbistratejimüttəfiqi kimi Türkiyə sonu bəlli olmayan müharibəyə başladı və dünyamüsəlmanlarına müraciət ünvanlayaraq cihad elan etdi. Türkiyə Rusiya iləmüharibədə Zaqafqaziya və Dağıstandakı müsəlman xalqlarının köməyinə ümidbağlayır, böyük ordu hissələrini Qafqazda yerləşdirirdi.Şərqi Anadolunun Qars, Ərzurum, Ərdəhan bölgəsində müharibənintörətdiyi dəhşətlərdən evsiz-eşiksiz qalmış insanlar Güney Qafqaza, <strong>Azərbaycan</strong>aüz tutdular. Anadolu türkləri təkcə qaçqınlıq həyatı yaşamadılar, Sarıqamışətrafında aparılan əməliyyatlarda əsir götürülən türklərin bir çoxu Rusiyanın birsıra həbs düşərgəsinə aparıldığı kimi Nargin adasına da gətirildi. Rusçinovniklərinin Bakı əhalisinin gözü qarşısında türk əsirlərinin Narginəaparılmaları ciddi etirazlar doğurdu. İctimai-siyasi təşkilatların, milli mətbuorqanların siyasi maarifçilik işi, milli kimliyin və təfəkkürün formalaşmasında türkhəmrəyliyinin yaranmasında oynadıqları rol öz təsirini göstərirdi. Müsəlmanduyğusundan, milli kimlik düşüncəsindən doğan hisslər xalqın Türkiyəyə olanrəğbətini artırırdı. Əhali arasında günü-gündən Türkiyə tərəfdarlarının artması,Nargin adasındakı hərbi əsirlərin qaçırılması Bakı Quberniyası Jandarm İdarəsininaxtarış üzrə rəisinin məktubunda da öz əksini tapır. 1915-ci ilin sentyabr ayının 4-də hazırlanan məktubda deyilir: "Mənə həvalə edilən, agentura idarəsindən daxilolmuş xəbərlərə görə Bakı şəhərində müsəlmanlar arasında yüksək əhval-ruhiyyəvar. Əfqanıstan, İran və ümumiyyətlə, Qafqaz müsəlmanlarının üsyan vəçıxışlarının baş verəcəyi barəsində söz-söhbətlər gəzir. Nə vaxt ki, türklər irəliləyir,müsəlman kütlələrinin əhval-ruhiyyəsi yüksəlir. Bakı əhalisinin istər yuxarı, istərsədə aşağı təbəqəsinin nümayəndələri türklərin tərəfindədir. Hətta cəbhədə vəziyyət110

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!