11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

axışdan ələ alır, ətalət yükünü onlardan uzaqlaşdırırdı. Məcmuə əməkdaşları buxəbərləri hazırlayarkən, asan qavranılsın deyə, xalq yaradıcılığının imkanlarındanistifadə edirdi. Atalar sözü, tapmaca, bayatı "Molla Nəsrəddin"in səhifələrindədövrün reallıqlarına uyğun yeni məna kəsb edir, ictimai mübarizənin kəskinsilahına çevrilirdi.İslam məfkurəsinə zidd mövqe sahibi olan bəzi din xadimləri, ruhanilər,məmurlar jurnala qarşı barışmaz mövqe tutur, səlahiyyətlərindən istifadə edərəktəzyiq və təhdidlərə keçirdilər.Əbdürrəhim bəy Haqverdiyev bu barədə öz xatirələrində yazır: "Mollalarjurnalı yazanları və oxuyanları təkfir edib deyirdilər, bu jurnal gərək birmüsəlmanın evinə girməsin, onu nəinki oxumaq, ələ belə almaq haramdır. Onumaşa ilə alıb ayaqyoluna atmalıdır". C.Məmmədquluzadə isə öz xatirələrində dinifanatizmi yayıb, insanların tərəqqisinə mane olanların hərəkətlərini bu cürqiymətləndirirdi: "Molla Nəsrəddin" məcmuəsi birinci nömrədən başlayıb baltanıislam mövhumatının başından elə vurdu ki, adını müsəlman qoyan bəndə,barmaqları ilə qulaqlarını tutub, molladan qaçmağa üz qoydular".Bütün təzyiqlərə, söyüşlərə baxmayaraq, məcmuə əməkdaşları "MollaNəsrəddin"in çapını böyük səbr və dözümlə həyata keçirir, dövrün ən kəskinictimai fakt və hadisəsini satirik boyalarla təsvir edirdilər. Kəskin və tənqidiçıxışlarına, həqiqətləri söylədiyinə görə daim hücumlara məruz qalan "MollaNəsrəddin" çar senzurasının da qadağaları ilə üz-üzə dayanmışdı. Bəzi məqalələrin,karikaturaların çapına senzura icazə vermirdi. Senzor tərəfindən çapına icazəverilməyən materialların yeri ağ saxlanır və "bizdən asılı olmayan səbəblərə görəbu yer ağ qaldı" ifadəsi yazılırdı. Bütün bu gərginliklərə, qadağalara baxmayaraq,"Molla Nəsrəddin"in haqq səsi çox keçmədən şimallı-cənublu <strong>Azərbaycan</strong>ın vəQafqazın hüdudlarını aşıb Rusiyada, Yaxın və Orta Şərqdə eşidilirdi. JurnalınTiflis, Bakı, İrəvan, Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Dərbəndlə yanaşı,Orta Asiyada, Krımda, Kazanda, Ufa, Həştərxan, Orenburq, Tehran, Ərzurum,İstanbul, Qahirə, Bombey, Kəlküttə kimi bir çox şəhərlərdə oxucusu var idi.Molla Nəsrəddinçilər xalqı öz hüquqları uğrunda mübarizəyə çağırır, buişdə xalqın haqqını tapdalayanlara, qanunsuz işlərlə məşğul olan məmurlara qarşıbirgə mübarizəsinin vacibliyini önə çəkirdi. Jurnalın 1907-ci il tarixdə nəşr olunan3-cü sayında iranlı fəhlələrin vəziyyətini təsvir edən felyetonunda həmrəyliyəçağırış motivi bu cür təsvir edilir: "Ey həmşərilər, ey mənə kağız göndərən 30nəfər həmşəri, açın qulağınızı və görün mən sizə nə deyirəm... Əgər istəyirsiniz ki,sizi də adam hesab eləyib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətiməəməl edəsiniz. Əvvələn gərək bir-birinizlə əl-ələ verəsiniz. Yəni Məhəmmədəligərək yapışsın Həsənin əlindən, Həsən Kərbalayi Qasımın əlindən... Xülasə, cəmihəmşərilər gərək yapışsınlar bir-birlərinin əlindən və birləşsinlər".84

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!