11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
• No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

mühacirətdə keçirir. O, İstanbulda 1923-1927-ci illərdə "Yeni Qafqaziyyə", 1928-1931-ci illərdə "Azəri-türkü", 1928-1930-cu illərdə "Odlu yurd" və 1932-ci ildə"Azərbaycanın yurd bilgisi"ni çap etmişdi. Xalqın bu böyük vətənpərvər oğlu1960-cı ildə İstanbulda dünyasını dəyişmişdi."Azərbaycan"ın ərsəyə gəlməsində yaxından iştirak edən və bir müddətredaktorluq etmiş Xəlil Ġbrahim 1892-ci ildə Şuşada anadan olmuşdur. İbtidaitəhsilini Şuşada aldıqdan sonra təhsilini Bakıdakı realnı məktəbdə davam etdirib.1912-ci ildə “Nəşri-maarif” Cəmiyyətinin Əmircandakı məktəbində müəllim kimiçalışıb, bədii yaradıcılıqla məşğul olub. Dövrün maarifpərvər ziyalıları ilə birsırada dayanan X.İbrahim "Səda", "Açıq söz", "Bəsirət", "İqbal", "Qurtuluş yolu"kimi demokratik mətbu orqanlarda çalışmış, hətta bəzi qəzetlərə qısa müddətdəredaktorluq etmişdir. İstiqlal tariximizə ədəbiyyat, mədəniyyət xadimi, həmçiningörkəmli jurnalist, tənqidçi, teatrşünas kimi daxil olan Xəlil İbrahim"Azərbaycan"ın 1919-cu il 4 iyul tarixli sayından 1 sentyabrınadək rus dilində çapolunan variantın redaktoru olub. 1920-ci il aprel işğalından sonra Vətəndə qalanXəlil İbrahim 1938-ci ildə repressiya olunaraq "xalq düşməni" kimi güllələnib."Azərbaycan"ın redaktorları arasında Üzeyir bəy Hacıbəylinin də məxsusixidməti var. Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci ildə Şuşa qəzasınınAğcabədi qəsəbəsində dünyaya göz açıb, ibtidai təhsilini Şuşada ikinci rusməktəbində almışdır. 1899-1904-cü illərdə Qori Milli Semnariyasında təhsilinidavam etdirmişdir. Bir müddət Cəbrayılda pedoqoji fəaliyyətlə məşğul olduqdansonra Bakıya köçmüşdür. Bədii yaradıcılığa publisistika ilə başlayan C.Hacıbəyli"Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" kimiqəzetlərdə və "Molla Nəsrəddin" məcmuəsində çıxış etmiş, dövrün qüdrətli qələmsahibi kimi tanınmışdır. Qardaşı Ceyhun Hacıbəylinin Parisə Sülh Konfransınagetməsi ilə "Azərbaycan"da redaktorluq etmiş, ölkənin ictimai-siyasi həyatı,istiqlalın qorunması, ermənilərin Qarabağda törətdikləri vəhşiliklər ilə bağlı"Azərbaycan"ın səhifələrində xeyli sayda materiallar çap etmişdir. "Azərbaycan"ınilk parlament müxbiri olan C.Hacıbəylinin parlamentdən hazırladığı reportajlarmüasir nəsil jurnalistləri üçün örnək ola bilər.* * *"Azərbaycan"ın Gəncədə çıxan ilk dörd sayından sonra Bakıda 1918-ciildə 75, 1919-cu ildə 358 və 1920-ci ildə 85 sayı işıq üzü görüb.Fəal jurnalistika tələblərinə cavab verən "Azərbaycan"ın mövzu dairəsiçox geniş idi. Burada Azərbaycan dövlətinin siyasi-ictimai, əxlaqi-mənəvimaraqlarını qorumaq uğrunda apardığı mübarizə istiqlalçı mətbu orqanların əsasdevizi idi. Qəzetdəki yazılar Bakı xəbərləri, baş məqalələr, xəbərlər, teatr və124

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!