05.01.2015 Views

7b4iaLoJ3

7b4iaLoJ3

7b4iaLoJ3

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

____________________Milli Kitabxana_____________________

Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək,

tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq

istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər,

taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət

yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış

meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.

Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli

kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü

qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini

qovurdular.

Bağlardakı ağacların budaqları çəpərin üstündən aşıb yola kölgə salmışdı.

Qızlar ağacların altından keçdikcə, çiyinlərində çal-çarpaz kölgələr oynaşırdı.

Yolun dar yerlərində ağacların budaqları o tay-bu taydan bir-birinə qarışmışdı.

Yollar ala-bəzək idi, ağ, çəhrayı çıçəklər yerə səpələnmişdi.

Nərgiz müəllimə qızlardan bir az aralı asta-asta gedir, hərdan başını qaldırıb,

damların üstündə oxuyan sığırçınlara baxırdı. Günəşin şüaları altında parıldayan

bu quşlar tüklərini qabardıb dimdiklərinı şaqqıldada-şaqqıldada oxuyurdular. Elə

bil onları titrətmə tutmuşdu. Boynu göy qurşağı kimi yüz rəngə çalan sığırçınlar

susmamış bülbüllər cəh-cəh vururdular.

Nərgiz müəllimə əvvəlcə qızların dəstəsinə qoşulmaq istədi. Ancaq son

günlər eşitdiyi söz-söhbəti yadına salanda fikrindən daşındı. Axır vaxtlar o çox

qəribə olmuşdu. İki adam söhbət edəndə, yaxud pıçıldaşıb-güləndə dərhal ürəyi

döyünür, sifəti od tutub yanırdı. Qıza elə gəlirdi ki, hamı ondan danışır. Get-gedə

o, adamlardan qaçmağa çalışırdı. Nərgiz müəllimə başını qaldırıb adamların

üzünə baxa bilmir, adamlar isə bunu başqa cür yozurdular. Kəndin

qurtaracağında o, sola burulub cığıra düşdü. Bu çığır onu taxılların yanına, sonra

biçənəyə apardı. Çöllərə şeh düşmüşdü. Nərgiz müəllimənin ayaqları və

paltarının ətəyi islanırdı. Gözləri qamaşırdı. Tez-tez ayağının altından pırıldayıb

uçan quşlar havada süzüb, yenə otların içində yox olurdular. Birdən lap

yaxınlıqdakı zəmidə bir quş oxumağa başladı. Nərgiz müəllimə dayandı, Quş

yenə oxudu:

16

140

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!