05.01.2015 Views

7b4iaLoJ3

7b4iaLoJ3

7b4iaLoJ3

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

____________________Milli Kitabxana_____________________

Güllü bu sözləri icazə kimi başa düşüb alaçıqdan çıxdı.

Ömər koxa dərhal ayağa durdu. Alaçıqdan çıxıb xalxala yaxınlası onun beş

sağmal camışı vardı, bir də ərəmiyi. Onların yan-yörəsin dolandı, yatıb

gövşəyənlərini ayağa qaldırdı. Təfərrinclə yanlarına qarınlarına baxdı, əlini iri

xəncərin dəstəyinə uzatdı, amma nə fikirləşdisə, əl saxladı. Asta addımlarla

alaçığa qayıtdı. Elə pallı-paltarlı döşəkçənin üstünə uzandı. Düz iki gün idi,

qoymurdu ki. çırağı yandırsınlar. İki gün idi ki, dilinə çörək də dəymirdi.

Qorxudan yanına gələn də yox idi. Amma indi içini arıtlayıb, bir-iki dəfə

öskürdü. Qonşu dəyədə hərəkət başladı, kişiyə çay-çörək gətirdilər.

Səhər tezdən, gün yenicə çıtdayıb mal-qara örüşə haylananda Ömər koxa

camışları qoymadı xalxaldan çıxartsınlar. Onun işarəsi ilə camışlardan birini

gətirib, dərənin dikdirində boğazladılar. Dərisini soymadan qarnını yardılar,

mədəsini, bağırsaqlarını bayıra tökdülər. Hər şeyi doğram-doğram elədilər. Heç

nə başa düşməsələr də, nökərlər kişinin göstərişi ilə ikinci camışı gətirdilər. Onu

da birinci kimi boğazlayıb doğradılar. Ömər koxanın üzü tunc kimi bozardı.

Qalın qaşları pırpızlandı və gözləri qan çanağına döndü. Əlini xəncərin dəstəyinə

uzadıb tiyəni yarıyacan qından siyirdi.

- O birini gətirin!

Nökərlər xalxaldan ərəmiyi gətirdilər. Camış öləcəyini başa düşmüş kimi

başinı dik tutub mələdi. Amma onu qomarğalayıb dərənin qaşına gətirdilər.

Ərəmik kəsilmiş başları və laxtalanmış qanı görən kimi iri buynuzu ilə

ətrafındakıları dağıdıb aradan çıxmaq istədi. Amma gözünü açmamış kəməndə

salıb boynunu qanırdılar. Dizini yerə gətirib ayaqlarını çatdılar, xəncəri boğazına

çəkdilər, qarnını yardilar, içıni bayıra töküb doğradılar və birdən xəncər bir əski

parçasına dəydi-Ömər koxa dərindən nəfəs alıb, bayaqdan qınından yarıyacan

siyirdıyi xəncəri şaqqıltı ilə qınına qoydu.

- Bəsdi!

Nökərlər əl saxladılar.

- O əskini mənə verin!

Heç nə başa düşməsələr də, dinməz-söyləməz deyilənə itaət etdilər. Ömər

koxa alaçığa yaxınlaşanda geri döndü.

- O leşləri doğrayıb, itlərin qabağına tökün!

Alaçığa gələn kimi gəlini çağırtdırdı. Əlindəki əskini əsim-əsən gəlinin

başına çırpdı və qulağının dibinə dalbadal iki sillə çəkdi.

252

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!