05.01.2015 Views

7b4iaLoJ3

7b4iaLoJ3

7b4iaLoJ3

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

____________________Milli Kitabxana_____________________

döşəyə uzanandan sonra da gözünə yuxu getmədi. Yerin içində o üz-bu üzə

çevrildi. Ancaq səhərə yaxın gözünə yuxu getdi.

Ertəsi günü zurnaçılar yenə gəldilər. "Səhər havası" çaldılar. Camaat

məktəbin həyətinə toplaşdı. Ancaq nə Mürsəl müəllim göründü, nə də onun

qrammofonu oxudu. Uçitel təşviş içində pilləkənlə yuxarı qalxdı. Pəncərədən

Mürsəl müəllimin otağına baxdı. Pəncərənin şüşəsi çilik-çilk olmuşdu. Stolun

üstündəki çıraq öləziyib sönmüşdü. Mürsəl isə qızıl al qana boyanmışdı.

Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb

düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə

doğru getdi. Səhar tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı

tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi.

Qabağında kitabə, üstündə də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss

etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam

etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını

gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə

baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə

olan adamı yarımçıq dindirməzdilər.

Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış

qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb

Uçitelin üzünə zillədi.

- Səhər-səhər xeyirdimi

- Yox, molla, bu gecə bizim müəllimi öldürüblər.

Mollanın qaşları çatıldı, sir-sifəti turşaldı.

- İndi məndən diləyin nədir

- Ölünü yerdən qaldırmaq lazımdı.

Molla fala baxırmış kimi qarşısındakı Quranı açıb vərəqlədi, çiynindən

sürüşüb düşməkdə olan əbasını düzəltdi və astaca dilləndi:

- Xəbər verin, qohum-əqrəbasına gəlib meyiti aparsınlar.

Uçitel təxminən bu cavabı gözləyirdi. Amma cavabı da hazır idi.

- Yox, molla, o bizim kəndə qurban gedib, biz də onu dəfn etməliyik.

Gəlmişəm siznən məsləhətləşəm və ölünü el adətincə yerdən götürək.

6

303

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!