05.01.2015 Views

7b4iaLoJ3

7b4iaLoJ3

7b4iaLoJ3

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

____________________Milli Kitabxana_____________________

oynayanda, Zeynəb saçlarını geri atıb ayağa durdu. Tükəzban xala qızın pörtmüş

yanaqlarına, üzünə tökülmüş cığalarına, qalxıb-enən sinə-sinə, çirməkli qollarına

baxdı. "Uçuq bir evin dirəyidir. Qız deyil, qızıl parçasıdır. Hansı evin qapısından

girsə, çıraq kimi işıq salacaq. Halalca uşaqdır". O, üst-başının tozunu çırpan

Zeynəbi bir daha nəzərdən keçirdi:

- Bilmirəm oğlanların gözü niyə bağlanıb, səni niyə görmürlər!

Zeynəb daha da qızardı. Hər dəfə Tükəzban xaladan eşitdiyi bu söz onun

xoşuna gələrdi. İndi isə özü də hiss etmədən, diksinən kimi oldu.

Tükəzban xalanın gözlərinə baxa bilməyib başını aşağı saldı.

- Məni az təriflə.

- Təriflənəsi qızsan, tərifləyirəm, qadan alım. Maşallah, gün kimi şölə

salırsan, sənə pis deyənin dili quruyar.

Zeynəb getmək istədi. Tükəzban xala onun qolundan tutub saxladı.

- Başım qarışıb, yadımdan çıxıb. Sən ananın goru, taxtın üstə çıx, çırağın

şüşəsini də sil. Qoca arvadam, nə olar, kömək elə.

Zeynəb gülümsədi.

- Yox, daha aldada bilməzsən. Onu da qoy o təmizləsin.

- Kim, ay bala

- Nərgiz müəllimə, - deyə Zeynəb başı ilə qonşu otağı göstərib bic-bic

güldü və tez eyvana çıxıb xəkəndazı közlə doldurdu.

- Ay Tükəzban xala, samovar daşdı.

Qarı çayniki götürüb eyvana çıxanda, çəpərin üstündon adlayıb evlərinə

gedən Zeynəbin arxasinca baxaraq köksünü ötürdü: "Dilli də olsa, yaxşı uşaqdır.

Bircə belə gəlinim olsaydı, heç dərd çəkməzdim".

Samovar hoqquldayırdı. Deşiklərdən fışqırıb çıxan buxar az qalırdı qapağı

atsın. Tükəzban xala çayı dəmləyəndən sonra samovarı silib içəri gətirdi, stolun

üstünə qoyub dəmkeşi keçirtdi. Çayniki dəsmalla bürüyüb dəmə qoydu. Süfrəyə

stəkan-nəlbəki düzdü...

Artıq hava qaralmışdı. Seyrək qar yağırdı. Bayaqdan həyətdə vurnuxan

toyuqlar indi çardağın altındaki tara çıxıb boyunlarını bükmüşdülur. Yerlərini

rahatlamaq üçün bir-birini itələyib qığıldaşırdılar. -örüşdən qayıdan mal

qapılarda mələşirdi. Yarpağı tökülmüş ağacların arasından güclə seçilən evlərin

pəncərələrinda titrəşən işıqların sayı getdikcə artırdı.

Tükəzban xala şüşəni silib, otuzluq lampanı yandırandan sonra həyətə çıxdı.

Yarılmış odunu daşıyıb eyvana yığdı.

35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!