05.01.2015 Views

7b4iaLoJ3

7b4iaLoJ3

7b4iaLoJ3

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

____________________Milli Kitabxana_____________________

rını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar.

Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı

söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların

dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri

saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi

silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu.

Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara

tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri

pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı

yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.

Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən

oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən

oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan

paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə

qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da

burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.

- A müəllim, bizsiz bu bayramın nə ləzzəti, - deyə Hümmət dilləndi. –

İstəyirəm bir "Səhər havası" çalım, camaat bilsin ki, toy-bayramdır, yığışıb

gəlsinlər.

Bir azdan məktəbin həyətində iynə atsan, yerə düşməzdi. Atlı cavanlar, qızgəlinlər,

ağsaqqallar axışıb gəldilər. İki yerdə toy dəstgahı düzəlmişdi. Hümmət

cıdırhəngi çalır, kəndin dəliqanlıları atlarını zurnaçının qabağında oynadıb cıdıra

hazırlaşırdılar. Atlar yüyəni gəmirir, dəfin ahənginə uyğun olaraq titrəyir, şaxə

qalxıb yəhərin altında çırpınırdılar. Sonra da cilovun boşaldığını görüb güllə

kimi keçidin altından keçib, kənd yoluna düşürdülər. O biri dəstədə isə Dursun

oyun havaları çalıb qız-gəlini oynadırdı.

Bütün kənd zümzümə içində idi. Qaranlıq qarışana qədər çalıb oynadılar.

Camaat gedəndən sonra Mürsəl xeyli otağa keçə bilmədi. Səs-küy kəsdiyindən

qüssələndi, uşaq kimi qəribsədi. Göyün üzünə səpələnmiş ulduzlara, ağ buludları

yarıb keçən aya doyunca baxdı. Hardasa bülbül oxuyurdu. Arabir kəndin

kənarındakı dərədən anadil səsi gəlirdi. Hərdənbir həzin-həzin axan İncə çayının

şırıltısı da eşidilirdi. Mürsəl gecə yarısına qədər eyvanda dayanaraq bu

zümzüməli gecəyə tamaşa etdi. Heç yatmağa həvəsi yox idi. Otağa girib yorğan-

302

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!