05.01.2015 Views

7b4iaLoJ3

7b4iaLoJ3

7b4iaLoJ3

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

____________________Milli Kitabxana_____________________

oğlu ona tapşırmışdı ki, "mən olmayanda idarəni açıb içəri adam buraxma".

Amma qarı Nəsib kimi hörmətli adamın sözünü yerə sala bilməzdi. "İndi mən

neyləyim, bu boyda kişiyə necə yox deyim"

Nəsib dayı qapını açan kimi, həyətə toplaşanlan içəri çağırdı. Gövhər qarı lap

əlacsız qalıb partiya təşkilatçısının qabağında dillənə bilmədi. Nəsib dayı rayona

zəng elədi, kiminləsə danışdı, sonra atını minib harayasa getdi. Gövhər qarı içəri

toplaşanları bayıra çıxartmaq istədisə də, mümkün olmadı. Əksinə, idarəyə

gələnlərin sayı daha da çoxaldı.

İndi o, otaqda hərlənib tez-tez çölə baxır, Kosaoğlunun yolunu gozləyir,

dilinə kəlmeyi-şəhadət gətirirmiş kimi, öz-özünə "allah, sən saxla" - deyə

donquldanırdı. İçəridəkilər isə qızğın söhbət edir, klubdan, tarla düşərgələrindən,

əkindən, biçindən danışırdılar. Kərim kişi tez-tez peçə odun qoyurdu. Gövhər

qarı gözaltı ona baxır, dişi bağırsağını kəsirdi.

Kərim kişi yenə əyilib peçin altındakı odunlardan birini götürdü. Əlindəki

yaş əski ilə sədrin stolunun üstündəki şüşənin tozunu silən Gövhər qarı özünü

saxlaya bilmədi:

- Bircə yerinə qoy, səndən ötrü yarıb yığmamışam!

- Bəs kimdən ötrü yığıbsan, ay imanına qurban - deyə Kərim kişi

rişxəndlə soruşdu.

Gövhər qarı odunu alıb yerinə qoydu və tərs-tərs Kərim kişiyə baxdı.

- Ağzını farağat qoy. Mən səndən ötrü oyun-oyuncaq deyiləm. Bu saat

dünyanı başına dar elərəm. Bu zəhrimarı da az fısqırt, indicə kişi gələcək.

- Gəlsin də, biz də elə onu gözləyirik.

- Bilmirəm viranxanalarında niyə oturmurlar! Xoruz banından idarəni

kəsdirirlər. Özləri də hey danışırlar. Heç çənələri yorulmur.

- Qarı deyintisinə ara vermirdi.

O, yenə kolxoz sədrinin stolunun ətrafinda fırlanmağa, mürəkkəb-qabılarının,

qələmləri səliqəyə salmağa başladı.

Qarı kabinetdən çıxandan sonra Kərim kişi üzünü küncdə oturan İmrana

tutdu:

- Bacıoğlu, sənin dediklərin pis deyil. Amma heç başını ağrıtma.

Bizim kolxozda belə şeyləri yada salmasan yaxşıdir.

İmran təəccüblə soruşdu:

- Niyə

23

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!