05.01.2015 Views

7b4iaLoJ3

7b4iaLoJ3

7b4iaLoJ3

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

____________________Milli Kitabxana_____________________

Gecədən xeyli keçmiş qapının ağzında üstü örtülü bir maşın dayandı. Milis

işçiləri yolu kəsdilər. Onlardan iki nəfəri təpiklə qapını açdı və barmaqları

tətikdə içəri girdilər. Halay bəy pencəyini soyunmuşdu. Balalarını dizinin üstünə

almışdı. Düz iki gün idi ki, onlarla oynayırdı. Uşaqlar atalarının boynunu

qucaqlayır, onun sinəsinə qısılırdılar. Halay bəy yatanda da oğlunun hərəsini bir

qolu üstünə alır və uzun müddət onların körpə mışıltısına qulaq asırdı. İndi

milislər içəri girəndə uşaqlar yenə onun dizinin üstündə idi. Halay bəy uşaqları

qucağından düşürtdü və təşvişlə gələnlərin üzünə baxdı.

- Halay bəy, paltarını geyin, bizimlə gedəcəksən!

- Hara

- Yoldaş Fətullayevin yanına.

Halay bəy diksindi. Yavaşca ayağa durub, paltarını geyindi. Otaqdan

çıxmazdan əvvəl dönüb evinə, uşaqlarına və arvadına baxdı. Köksünü ötürdü.

Onu maşına qoyub qapını üzünə bağladılar.

Maşın silkələnə-silkələnə kələ-kötür yollarla yarım saat getdikdən sonra

dayandı. Onu düşürtdülər. Halay bəy qaranlıq və kəsif havadan sonra yay

gecəsinin təmiz havasından doyunca nəfəs aldı və bir müddət hara gətirildiyini

ayırd edə bilmədi. Bişmiş kərpicdən tikilmiş hündür hasarın ortasındakı iri dəmir

darvazanı döydülər. İçəridən səs gəldi.

- Kimdi

- Açın qapını, dustaq gətirmişik.

Zirəzələr, siyirmələr cingildədi. Qapı azca aralandı və Halay bəyi içəri

saldılar.

Halay bəy başa düşdü ki, onu şəhərin kənarındakı qalaya gətiriblər. El

arasında buraya "Şəkərin qalası" deyirlər. Qala qırmızı kərpicdən tikilmişdi.

İkimərtəbəli böyük bina idi. Geniş hoyəti və hündür hasarı var idi. Pəncərələri

dəmir çərçivəyə alınmışdı və ölü gözü kimi qaralırdı.

Keşikçi milislər onu içəri apardılar. Qapını arxasınca bağladılar. Üfunətli və

boğanaq havadan az qala boğuldu. Tavandan təkəm-seyrək elektrik fanarları

asılmışdı. Onların içində ildrım zolaqları kimi kəsişən işıq telləri şəhərin elektrik

stansiyasının motor səsinə uyğun olaraq gah şiddətlənir, gah da öləziyirdi. Qala

ikimərtəbəli idi. Dəmir

2

356

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!