05.01.2015 Views

7b4iaLoJ3

7b4iaLoJ3

7b4iaLoJ3

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

____________________Milli Kitabxana_____________________

Vaqonun havasından baş çatlamağa başladı. Bayırdan isə bircə səs eşidilirdi.

"Ne polojeno", dalınca da it hürməsi...

Bir gün gəlin körpəsini qucağına alıb, ağzında yaşmaq qayınanasının yanına

gəldi. Uşağı Güllü xanıma görsətdi. Nənə nəvəsinin xumar gözlərinə, qımışan

dodaqlarına, çatmaqaşlı bəyaz sifətinə diqqətlə və fərəhlə baxdı. Gəlin

qayınanasının dodaqlarında ömründə ilk dəfə təbəssümə bənzər bir şey gördü.

Bir az da ürəkləndi.

- Ana, gəlsənə bu uşağın adını Əvəz qoyaq.

Güllü xanımın dodağındakı təbəssüm yoxa çıxdı. Qaşqabağı töküldü və

sifətini sərt bir ifadə bürüdü. Onun səsində də bir sərtlik hiss olundu.

- Bu ad hardan ağlına gəldi Onun atasına nə olub ki, adını Əvəz qoyuruq.

Mənzil başına çatarıq, özüm ona ad da qoyacam, qurban da kəsəcəm.

Gəlin kor-peşman geri qayıtdı.

Həmişə anasının qoynunda mışıl-mışıl yatan uşaq bir gecə səhərə qədər

ağladı. Gəlin nə qədər layla çaldı, uşağı sinəsinə sıxdısa da, sakitləşdirə bilmədi.

Güllü xanım başa düşdü ki, körpəyə nəsə olmuşdu.

Uşağın zağıltısı getdikcə çoxalır və səsi vaqonu başına götürürdü. Bu səs

aradan xeyli keçəndən sonra güclə nəfəs alan körpənin hıçqırığına çevrildi və

səhərə yaxın tamam kəsildi. Gəlin də uşağı qucağına sıxıb onun üzünə tamaşa

edib sakitləşdi. Güllü xanım da azacıq rahatlandı.

Hava açıldı, gün xeyli qalxdı. Vaqonun içi işıqlandı. Ancaq nə mürgüləyən

gəlinin səsi gəldi, nə də uşağın. Güllü xanım ehmalca ayağa durub onlara

yaxınlaşdı və gördü ki, uşağın gözləri hərəkətsiz halda tavana zillənmişdi və ağzı

azca aralanmışdı. Dünya görmüş arvad başa düşdü ki, körpə anasının qucağında

canını çoxdan tapşırmışdı.

Heç kəsə sezdirmədən, sakitcə, için-için ağladı, göz yaşlarını sinəsinə axıtdı.

Bir az özünü toxtatdıqdan sonra əyilib uşağı gəlinin qucağından aldı. Gəlin

diksinib yuxudan ayıldı və körpəsini qayınanasının qucağından götürmək istədi.

Güllü xanım uşağı anasına verməzdən əvvəl gəlininin sifətinə elə bir ifadə ilə

baxdı ki, arvad sarsıldı. Gözünü zilləyib uşağa və sifəti tunc kimi bozarmış

qayınanasına baxdı və başa düşdü ki, balası yoxdu. Əlini uzadıb saçını yolmaq,

üzünü cırmaq və haray salıb dünyanı başına yığıb, hamını dərdinə şərik etmək

istədi. Amma Güllü xanımın sərt sifətini və sərt baxışlarını gördü.

350

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!