21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

102

__________Milli Kitabxana__________

versiteti və İstanbul Universiteti arasında müqavilə imzalanmışdır.

Daha sonra isə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti,

İzmir Egey Dövlət Universiteti, Konya Universiteti,

Yüzüncü Yıl Universiteti ilə Ə.Hüseynzadə adına Azərbaycan

Dövlət İncəsənət Universiteti Memar Sinan Universiteti ilə

müqavilə imzalamışdır (63, s.19).

SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyə qovuşması

ərəfəsində Türkiyə Cümhuriyyəti ile Azərbaycan Sovyet Sosialist

Cümhuriyyəti arasında 1990-1992-ci illər dövrandə mədəni

və elmi mübadilə protokolu ilkin rəsmi sənədlərdən sayıla

bilər (158). Türkiyə Cümhuriyyəti hökuməti ilə Azərbaycan

Sovet Sosialist Respublikası hökuməti, Türkiyə Cümhuriyyəti

ilə SSRİ arasında imzalanmış olan “1989-1990-cı illər Kültürəl

və Bilimsəl Dəyişim Proqramı”nın hökumətlər tərəfindən

inkişaf etdirilməsi və aralarındakı elmi və mədəni əməkdaşlığın

qüvvətləndirilməsi məqsədilə, 1990-1992-ci illər üçün aşağıdakı

mədəni və elmi mübadilə protokolu imzalanmışdır (158,

s.13-20; 133, s.6-11).

Türkiyə Cümhuriyyəti tərəfindən İsmət Birselin (Xarici

İşlər Nazirliyi Kültür İşləri Genəl Müdürü) və Azərbaycan Sovet

Sosialist Respublikası höküməti tərəfindən Zaur Paşa oğlu

Rüstəmzadənin (SSRİ Nazirlər Komitəsi nəzdində Azərbaycan

Nazirlər kabineti Daimi təmsilçiliyi birinci müavini) imzaladıqları

bu müqavilə Azərbaycan – Türkiyə mədəni əlaqələrinin

möhkəmləndirilməsi sahəsində ciddi addımlardan biri kimi

dəyərləndirilməlidir. Müqavilənin bilavasitə elm, təhsil və

mədəniyyətlə əlaqəli olan maddələri aşağıda təqdim edilmişdir:

Elm və təhsil

1. Tərəflər, rəsmi kanaldan, Türkiyə Cümhuriyyəti və

Azərbaycan SSR yüksək təhsil qurumları arasında elmi

əməkdaşlığı təşviq edəcəklər və əlaqələrin qurulmasına və

inkişaf etdirilməsinə yardımçı olacaqlar.

2. Tərəflər, konfranslara qatılmaq və müxtəlif elm

sahələrində tədqiqatlar aparmaq üzrə, Protokol Dönəmi içində,

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!