21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

lu sənədlər imzaladı (5, s.461). Həmin sənədlərdə mədəni

əlaqələrin formaları və həyata keçirilməsi prinsipləri müəyyən

edildi. Mədəni əməkdaşlıq məsələləri 1946 – 1990-cı illərdə

Sovet İttifaqının xarici ölkələrlə münasibətlərində müzakirə

obyektlərindən biri oldu. Beynəlxalq mədəni əlaqələr problemi

çoxtərəfli əsasda, o cümlədən Avropada təhlükəsizlik və əməkdaşlıq

məsələlərinə dair Helsinki (1975-ci il), Madrid (1983-cü

il), Vyana (1989 -cu il) və Paris (1990 -cı il) müşavirələrinin

yekun sənədlərində öz əksini tapdı. Bu sənədlərdə dövlətlərarası

münasibətlərdə mədəni əlaqələrin yeni formaları müəyyən

edildi və əhəmiyyəti göstərildi (64, s.88).

Tədqiqatçılar bu dövrdə beynəlxalq mədəni əlaqələrdə

Azərbaycan Respublikasının iştiarkını aşağıdakı mərhələlərə

ayırırlar: 1946-cı ildən 50-ci illərin ortalarınadək; 50-ci illərin

ortalarından 70-ci illərədək; 70-ci illərdən 80-ci illərin ortalarınadək;

80-ci illərin ortalarından 1991-ci ilədək. İlkin mərhələdə

mədəni əlaqələr xeyli zəif idi və mərkəzi hökumətin inzibati-amirlik

metodu Azərbaycanın fəaliyyətini demək olar ki,

tamamilə məhdudlaşdırırdı. Müharibənin sonuna yaxın, 1944-

cü ildə Azərbaycan SSR XXİK bərpa olundu və 1946-cı ildə

isə o, Xarici İşlər Nazirliyinə çevrildi. Bununla belə, nazirlik

mərkəzin təqsiri üzündən protokol idarəsi kimi qalırdı. Bu

mərhələdə Azərbaycanın mədəni əlaqələrini əsasən İranla

Mədəni Əlaqələr Cəmiyyəti həyata keçirirdi. Dövrün siyasi

şəraiti mədəni əlaqələrə mənfi təsir göstərirdi (5, s.462).

50-ci ilin ortalarından başlayaraq mədəni əlaqələrin coğrafiyası

genişləndi və Avropa, Asiya və Amerikanın bir sıra ölkələrini

əhatə etdi. Bu mərhələdə dünyada və ölkədə möhtəşəm

dəyişikliklər baş verdi. Bu dəyişikliklər beynəlxalq mədəni əlaqələrin

genişlənməsi üçün əlverişli şərait yaratdı. 70-ci illər –

80-ci illərin ortalarınadək olan mərhələ həm də keyfiyyət baxımından

özündən əvvəlki mərhələlərdən köklü şəkildə fərqlənirdi.

Bu mərhələdə mərkəzin bürokratik əngəllərinə baxmayaraq

Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə özünə yol aç-

59

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!