21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

14

__________Milli Kitabxana__________

lar toplanmışdır. Xüsusilə də, III kitab sırf mövzumuzla bağlıdır

(55; 56).

Samirə Məmmədovanın tərtib etdiyi “Azərbaycanda Atatürk

və Türkiyə Cümhuriyyəti araşdırmaları (1941 – 2003)” adlı

biblioqrafiyada azərbaycanlı alimlərin və müəlliflərin Azərbaycanda

və xarici ölkələrdə Türkiyə Cümhuriyyətinə və Atatürkə

aid qeyri-dövri mətbuatda çap olunmuş əsərləri barədə

məlumatlar toplanmışdır (11).

Jalə Qurbanova və Musa Piriyevin tərtib etdikləri “Azərbaycan

– Türkiyə münasibətləri (1920 – 1922)", Sənədlər və

materiallar” kitabında mövzu ilə bağlı bir sıra tarixi məlumatlar

verilmişdir (19).

Nizami Cəfərov “Türk Dünyasının birliyi strategiyası: Heydər

Əliyevdən İlham Əliyevə” və “Azərbaycan atatürkçülüyü,

yaxud Heydər Əliyev Atatürk haqqında” başlıqlı elmi yazılarında

mədəni əlaqələrimizin perspektivlərinə dair bir sıra

məsələlərə toxunur (39; 40).

Ruintən Sevincin “Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr

sistemində (XX əsrin 90 -cı illəri)” adlı kitabında Azərbaycanın

türk dövlətlərinin çoxtərəfli siyasi əlaqələri sistemindəki

yerinə nəzər salınır, beynəlxalq və məhəlli təşkilatlar

çərçivəsində əməkdaşlıqdan və Türk dövlət başçılarının zirvə

toplantılarının ölkələrarası siyasi əlaqələrin inkişafındakı rolundan

geniş bəhs edilir. Monoqrafiyada Azərbaycanın türk dövlətləri

ilə siyasi əlaqələri tarixşünaslıqda və siyasətşünaslıqda

ilk dəfə olaraq kompleks şəkildə elmi-tədqiqat obyekti kimi

araşdırılır, müxtəlif faktların toplanılması, sistemləşdirilməsi

və təhlili əsasında müstəqilliyin ilk on ili ərzində bu əlaqələrin

tarixi yazılır. Faktik materialların öyrənilməsi və təhlili əsasında

mövcud əlaqələrin formaları, məqsəd və vəzifələri göstərilir,

real vəziyyəti – mövcud problem və çətinlikləri müəyyənləşdirilir,

ümumiləşmələr aparılır, gələcəkdə bütün potensial

imkanlardan istifadə edilməklə münasibətlərin daha da inkişaf

etdirilməsi məqsədilə praktik tövsiyələr verilir (103).

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!