21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan

sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

“İki ölkə arasında dostluq son dərəcə möhkəmdir. Azərbaycanın

problemi bizim problemimizdir. Böyük Atatürkün söylədiyi

sözlər bizim üçün nəsihətdir: Azərbaycanın kədəri bizim

kədərimiz, sevinci bizim sevincimizdir” fikrini çox kərə dilə

gətirmiş Türkiyənin böyük siyasətçisi Süleyman Dəmirəl də

Azərbaycan – Türkiyə mədəni əlaqələrində inkişafın qaçılmaz

bir tarixi zərurət olduğunun bütün dünya ictimaiyyətinə çatdırılmasından

qürur duymuşdur. O, “Azərbaycan – Türkiyə əlaqələri

və Heydər Əliyev” kitabına yazdığı ön sözdə də qeyd

edir ki, Azərbaycan müstəqilliyə çatdiği anda, dərhal onu ilk

taniyan Türkiyə, ilk səfir göndərən, ilk səfirlik açan Türkiyə

oldu. Türkiyə bunu edərkən Böyük Atatürkün ruhunu şad

etmişdir. Azərbaycanın müstəqilliyini elan etməsindən sonra

keçən on ildən artıq bir müddət içində milli dövləti qurmaq və

bu dövlətin fəaliyyətini təmin etmək kimi fövqəladə çətin bir

vəzifə Azərbaycanın dövlət başçisi möhtərəm Heydər Əliyevin

bacarıqlı rəhbərliyi altında uğurla yerinə yetirilmişdir. Müstəqilliyin

ilk günündən etibarən hər zaman, hər məsələdə Azərbaycanla

birgə olan Türkiyə, bundan sonra da Azərbaycanla

birgə olmağa davam edəcəkdir. Bu bizim qardaşlığımızın təbii

bir nəticəsidir. Türkiyə ilə Azərbaycan, iki qardaş ölkə sivilizasiyaya

doğru, yaxşı, gözəl günlərə doğru birlikdə yürüməkdə

davam edəcəkdir.

Müvafiq ədəbiyyatlarda da əksini tapdığı kimi hal-hazırda

Türkiyədə təxminən 3 milyon soydaşımız yaşayır. Ölkədə

Azərbaycan icmasını təmsil edən təşkilat və dərnəklərin ən nüfuzlularından

biri “Türkiyə – Azərbaycan dostluq, əməkdaşlıq

və həmrəylik fondu”dur (sədri İ.Doğramacı). Bu fondun nəzdində

“Azərbaycan Evi” fəaliyyət göstərir. Burada əsasən mədəniyyət

tədbirləri və bədii gecələr keçirilir. Bu dərnəkdən başqa

“İqdır Mədəniyyət Dərnəyi” (sədri T.Atasevər), “Qars – Ardahan

– İqdır Dərnəyi” (sədri B. İşgür), “Türkiyə – Azərbaycan

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!