21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

34

__________Milli Kitabxana__________

dostluq və qardaşlıq əlaqələrini, Türkiyə Cümhuriyyətinin

Azərbaycana göstərdiyi yardımı və köməyi yüksək qiymətləndirir

və həyatının bu ağır dövründə, torpaqlarına erməni təcavüzü

davam etdiyi bir zamanda Türkiyəni, türk xalqını, Türkiyə

Cümhuriyyətini özünə böyük dayaq sayır” (17, s. 67-68).

Elə həmin gün Heydər Əliyev Ankarada yaşayan azərbaycanlılarla

görüşmüş, TBMM-də dahi Azərbaycan şairi Məhəmməd

Füzulinin anma mərasimində çıxış etmişdir.

1995-ci il 25 aprel tarixində Azərbaycan Respublikasının

Prezidenti Heydər Əliyev Azərbaycan Dövlət Opera və Balet

Teatrında prof. İhsan Doğramacının 80 illiyinə həsr olunmuş

yubiley gecəsində iştirak və çıxış etmişdir. Türkiyəyə 1997-ci

il səfərində isə İstanbulda öz iqammətgahında “Çırağan” otelində

Türkiyənin “TRT”, “TGRT”, “Samanyolu”, “NTV” televiziyalarının

rəhbərləri ilə görüşmüş və çıxış etmişdir.

Prezident Heydər Əliyev İstanbulda İslam Konfransı Təşkilatının

tarix, kültür, sənət mərkəzində olmuşdur. 13 fevral 1998-

ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevə Terkiyənin

“Nərgiz-TV” televiziyasının 1997-ci il üçün “Dünyada ilin

adamı” mükafatı təqdim edilmişdir. O, 1999-cu ilin 6 aprelində

Türkiyənin “TRT-1” televiziya kanalında bütün dünyaya yayımlanmış

“Dünya düşüncələri Atatürkün gözü ilə” verilişində

prof. Dr. Özer Özankayaya müsahibə vermişdir. Həmin ilin 24

mayında Heydər Əliyev ulu öndər Mustafa Kamal Atatürkün

Ankarada “Çankaya” köşkündəki ev-muzeyində olmuşdur.

Heydər Əliyev 2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan

Respublikası Mədəniyyət Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin

Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq protokolunın

təsdiqi haqqında sərəncam vermişdir (17, s. 103-173).

Azərbaycan – Türkiyə mədəni əlaqələrinin ana xəttini təşkil

edən, bu əlaqələrin perspektivlərini müəyyənləşdirən bu tarixi

xronolojo təqdimat, müstəqilliyimizin bərpasından sonra iki

ölkə arasında elmi-mədəni əməkdaşlığın bütün sahələrinə işıq

salmaqdadır. Belə bir etibarlı və möhtəşəm təməl üzərində

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!