21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

atrında səhnəyə çıxır” adlanır. Əsərin müəllifiylə söhbətinə istinad

edən resenzent yazır: “Əsərin sadəcə olaraq eşq hekayəsi

kimi dəyərləndirilməsini istəməyən Anar: “Məqsədim sadəcə

bir eşq romanı yazmaq deyildi. Mən bunu azad olmayan bir cəmiyyətdə

azad insanın faciəsi kimi düşünürəm. Zaur bu mühitin

övladıdır, əsiridir, cəmiyyətin qanunlarına riayət edən bir

insandır, Təhminə isə azad təbiətli bir insandır və o dövrdəki

Sovet cəmiyyətində azad insan mütləq ölməliydi. Yaşayıb mühitə

təslim olan Zaur və təslim olmayıb ölən Təhminə...” Təhminə

ilə Zaurun eşqinin Leyli və Məcnun, Romeo və Cülyetta

kimi çağdaş tragik bir eşq hekayəsi. Azad olan insanla, azad olmayan

insanın eşqi... Kaş ki, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”

“Təhminə ilə Zaur” adı ilə oynanılaydı. Bu ad bir eşq

hekayəsinə daha çox yaraşır (43, 28 mart 2003-cü il, № 12).

2003-cü il iyunun 11-də isə İstanbulun Fatih Universitetində

xalq yazıçısı Elçinin 60 illik yubileyinə həsr olunmuş mərasim

keçirilmişdir (43, 13 iyun 2003-cü il, № 23). Universitetin

idarə heyətinin sədri, professor Əli Bayram, universitetin rektoru,

professor Turqut Balakaş, professor Əli Yavuz Akpinar,

filologiya elmləri doktoru Yusif Gədikli, dramaturq Tuncəl Cücəroğlu,

şair Aydın Xatiboğlu, Azərbaycan Təhsil Nazirliyinin

Türkiyədəki nümayəndəsi Nəsibə Nəsibova mərasimdə çıxış

edərək, xalq yazıçısı Elçinin həyat və yaradıcılığından, əsərlərinin

bədii-estetik və sosial-ictimai mahiyyətindən söhbət açdılar.

Elçinin yazıçı, tənqidçi, dramaturq olmaqla yanaşı, ölkəmizin

ictimai və siyasi həyatındakı fəaliyyətindən danışdılar,

ona yeni yaradıcılıq müvəffəqiyyətləri arzuladılar. Sonra xalq

yazıçısı haqqında sənədli film göstərildi. Professor Turqut Balkaş

yubilyara fəxri mükafat – universitetin xatirə plaketini təqdim

etdi. Xalq yazıçısı Elçin ona göstərilən hörmət və ehtiram

üçün universitetin rəhbərliyinə təşəkkürünü bildirdi. Azərbaycan

Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyədə

zərb-məsəl olan “Bir millət – iki dövlət” sözlərini xatırladan

yubilyar məhz Türkiyədə, İstanbulda aldığı mükafatın onun

209

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!