21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

248

__________Milli Kitabxana__________

tədbirlərin, yubileylərin keçirilməsi; TÜRKSOY-un məqsəd və

vəzifələri çərçivəsində beynəlxalq elmi konfrans, simpozium,

mübahisələrin təşkil olunması; Mədəniyyət və incəsənət sahəsində

fəaliyyət göstərən başqa milli, beynəlxalq təşkilatlarla,

ictimai strurkturlar və hərəkatlarla əlaqələr saxlamaq, əməkdaşlıq

üçün müxtəlif birgə tədbirləri reallaşdırmaq və s. (89, s.

177-178).

TÜRKSOY tərəfindən 1999-cu ildə görülən işlərin yekunu

olaraq, həmçinin, gələcəkdə qarşıda duran vəzifələri özündə

əks etdirən “XXI əsrə müraciət” qəbul olundu. Ankarada keçirilən

Nazirlər Şurasının XIII yığıncağında qəbul olunmuş müraciət

TÜRKSOY adından türk dövlətlərinin başçılarına, xalqlarına

və hökumətlərinə ünvanlanmışdı. Müraciətdə aşağıdakılar

bəyan edilirdi:

– Biz hamımız üçün əlverişli olan əlaqələrimizin intensivləşdirilməsinə

təkan verəcək mühitin yaradılmasını, xalqlar

arasında əməkdaşlığın, mədəni mübadilənin gücləndirilməsinin

zəruriliyini dərk edirik. Bütün bunlar XX əsrin sonlarında başlanan

qloballaşma prosesi, dünya miqyasında hərbi münaqişələr,

terrorizm, iqtisadi böhran və təbii fəlakətlərin atrdığı

bir fonda baş verir;

– Yeddi il bundan öncə TÜRKSOY çərçivəsində fəaliyyətə

başlayanda bizim məqsədimiz Avrasiyanın böyük etnoslarından

biri olan türkdilli xalqların mədəniyyətini, tarixini

birgə öyrənmək idi. Əminik ki, başladığımız işi XXI əsrdə

uğurla davam etdirəcəyik;

– Dünya sivilizasiyasına öz töhfələrini verən türkdilli

xalqların mədəniyyəti XXI əsrdə dünya mədəni irsinin mühüm

komponentlərindən birinə çevriləcək;

– Müqavilə (“TÜRKSOY -un yaradılması və prinsipləri

haqqında” müqavilə nəzərdə tutulur) subyektlərinin və türkdilli

ölkələrin suverenliyinə böyük hörmətlə anaşaraq, heç bir ölkənin

siyası orientasiyasına müdaxilə etmədən biz, dünyanın mədəni

məkanında öz mədəni inteqrasiyamızı sürətləndirərək,

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!