21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

64

__________Milli Kitabxana__________

dirmək; 2. Təhlükəsizliyi təmin etmək; 3. Daxili quruculuq

üçün əlverişli beynəlxalq şərait yaratmaq; 4. Beynəlxalq əmək

bölgüsündə iştirak etmək; 5. Beynəlxalq münasibətlər sisteminin

formalaşmasında iştirak etmək; 6. Beynəlxalq münasibətlər

sistemində rolunu artırmaq; 7. Ermənistan – Azərbaycan münaqişəsinə

diplomatik-siyasi vasitələrlə son qoymaq; 8. Xarici ölkələrlə

və beynəlxalq təşkilatlarla əməkdaşlıq. Azərbaycan

dövləti bu vəzifələri müasir beynəlxalq hüquq prinsipləri əsasında

həyata keçirməyə başladı (5, s.467; 64, s.90).

Azərbaycanın beynəlxalq münasibətlərində Türkiyə xüsusi

yer tuturdu. 90-cı ildən etibarən Azərbaycan – Türkiyə arasında

elmi-texniki və mədəni əməkdaşlıq məsələləri də diqqət mərkəzində

oldu. 1990-cı il yanvarın 10-da 1990 – 1992-ci illər üçün

mədəni və elmi-texniki mübadilə barədə protokol, Azərbaycan

Respublikası prezidentinin Türkiyəyə səfəri zamanı elmitexniki

və mədəni əlaqələrə dair iki ölkə arasında saziş imzalandı.

Türkiyə Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il

noyabrın 9-da tanıyan ilk dövlət oldu. Müstəqilliyin ilk

illərində imzalanan bu sənədlər tezliklə reallaşmağa başladı.

Bakı – İstanbul hava xətti açıldı; mühmanxanalar sahəsində

əməkdaşlıq quruldu; Türkiyənin televiziya proqramları

Azərbaycanda göstərilməyə başlanıldı; respublikada “Zaman”

və “Milliyyət” qəzetlərinin büroları açıldı. Azərbaycan

Respublikasi ilə Türkiyə arasında elmi əməkdaşlıqda Elmlər

Akademiyasının və Bakı Dövlət Universitetinin özünəməxsus

rolu oldu. Azərbaycan Respublikasının təhsil və səhiyyə

nazirliklərinin Türkiyənin müvafiq nazirlikləri ilə əməkdaşlığı,

tələbə, aspirant və müəllim mübadiləsi genişləndi. Azərbaycan

və Türkiyənin qadın təşkilatları arasında əlaqələr quruldu.

Qarşılıqlı razılaşma əsasında Bakıda və İstanbulda

ixtisaslaşdırılmış “Türk dünyası” və “Azərbaycan dünyası”

kitab mağazaları açıldı. Artistlərin, müğənnilərin və folklor

qruplarının mübadiləsi, xalça və rəssamların əsərləri sərgiləri,

kino festivalları uğurla keçdi və turist əlaqələri genişləndi.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!