21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

140

__________Milli Kitabxana__________

məliyik. Ona görə ki, biz özümüzün gələcək həyatımıza təmiz

qan hazırlamaq zorundayıq. Burada yetişmiş olan uşaqlarımız,

gənc dövlətimizə yeni bir güc verəcək, onlar milliyyətçi, türkçü

olaraq yetişəcəkdir. Bizim Türkiyə ilə fevral ayında imzalamış

olduğumuz ikili müqavilədə, çox önəmli maddələr və proqramlar

mövcuddur. Sözü güdən maddə və proqramların bəziəri,

həyata keçirilməkdədir. Bu gün buna görə Milli Egitim Bakanlığına

çox minnətdar olduğumuzu bildirmək istəyirəm. 9-11

may tarixləri arasında (1993) Bakıda b ir sərgi açılmışdı. Bu

sərgi Türkiyədəki ögrənim sonucunda əldə etdikləri yeni

nəticələrdən təşkil edilmişdi. Bu sərgi Bakıda çox böyük maraq

oyandırdı. Sərginin keçirildiyi salon insanlarla dolu idi.

Gerçəkdən bu sərgi bizim Bakıda ən böyük maraq görən bir

sərgi olaraq qiymətləndirildi, sabah saat 10.00-da açılması

gərəkən sərgini ziyarət üçün insanlar sabah saat 08.00-dan

etibarən ziyarət üçün gözləyirdilər və axşama qədər sərgini

ziyarət edənlərin ardı-arası kəsilmirdi (159, s.13-14).

Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələri hər nə qədər

yüksələn xətlə inkişaf etsə də bu sahədə kifayət qədər problemlər

də vardır ki, tədricən bunların həllinə çalışılmalıdır. Bu

problemlər demək olar ki, iki ölkənin təhsil işçilərinin toplaşdıqları

bütün tədbirlərdə vurğulanmışdır. Türk dövlət və topluluqlarının

səkkizinci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında

(2000, 24 -26 mart) bununla bağlı, ümumiyyətlə isə

Türkiyə Cümhuriyyəti ilə Türk Dünyasi Arasinda elm və təhsil

problemlərinə dair bir sıra qərarlar qəbul edilmişdir. Burada

qeyd edilmişdir ki, Türkiyə istər dövlət olaraq, istərsə də özəl

qurum və dərnəklər olaraq türk ölkələrində məktəblər açmaqdadırlar.

Ancaq bu həm yetərli deyildir, həm də həm də bəzi

problemlər doğurmaqdadır. Bu məktəblərin məqsədi missionerlik

fəaliyyətindən çox, uşaqlara həm Türkiyə türkcəsini öyrətmək,

həm də elmi və müasir bir bilgi ilə təmin olunmalarıdır.

Bundan başqa, müxtəlif təriqət və məzhəblərin görüşü ilə deyil,

laiq bir şəkildə öyrədilməlidir (157, s.237).

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!