21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

2004-cü il martın 18-də AMEA-nın Rəyasət Heyətinin iclas

salonunda “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə”

mövzusunda 4 gönlük II Uluslararası folklor konfransı öz işinə

başlamışdır. AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən

konfransı Akademiyanın humanitar və ictimai elmlər bölməsinin

akademik katibi Ağamusa Axundov açaraq, türk ölkələrindən

gələn qonaqları və tədbir iştirakçılarını salamladı.

Konfransın təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası

üçün çox əlamətdar bir gönə – Novruz bayramına təsadüf etdiyini

bildirən natiq dedi ki, mövzusundan da görümdüyü kimi,

bu tədbir çox əhəmiyyətli bir məsələyə həsr olunmuşdur. Türk

xalqlarının ortaqlığı bir çox xalqlarda olduğu kimi, getdikcə

artır. Uzaq keçmişimizdə bir olan xalq əsrlər ərzində, demək

olar ki, büyün Yer kürəsinə yayılmağa başlayıb. Türk xalqı

uzaq Çindən tutmuş Roma imperiyasına qədər qələbə addımları

ilə böyük yol keçmişdir. Bu, türk xalqının şanlı tarixidir. Amma

bu tarixin problemləri də az olmayıb. Yəni zaman keçdikcə,

müxtəlif ölkələrə yayılan türk xalqlarının ortaqlığında müəyyən

zəifləmələr baş verib. Hətta eyni dildən müxtəlif dillər yaranıb.

Bu proses german və başqa xalqların tarixində də belə olub.

Bütöv xalq zaman keçdikcə parçalanıb, sonradan isə yenidən

birliyə can atmalar, kökə qayıxarici prosesi başlanıb (12, 2004,

№ 2, s. 29).

AMEA-nın Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov

bildirdi ki, konfransda 15 ölkədən 40-a yaxın nümayəndə

iştirak edir. vurğuladı ki, eyni mövzuda Bakıda keçirdiyimiz I

Beynəlxalq konfransa nisbətən bugünkü toplantıda qonaqlarımızın

və ölkələrin sayı xeyli artıb. Bu, türk xalqlarında yaxınalaşmağa,

ortaq mənəvi dəyərlərə meylin güclənməsini göstərən

müsbət əlamətdir. “Ey türk, özünə qayıt, sən özünə qayıdanda

böyük olursan”. Bilgə Kağanın bu sözlərini tədbir iştirakçılarına

xatırladan natiq, özünəqayıdışının bir və əsas yolunun

da folklorla bağlı olduğunu dedi (12, 2004, № 2, s. 30).

169

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!