21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

GİRİŞ

Müasir dövrdə kulturologiya elmi mədəni əlaqələrin geniş

və təfərrüatlı şəkildə öyrənilməsini, onun yeni təfəkkür işığında

dolğun və kamil səpkidə tədqiq edilməsi işini vacib bir məsələ

kimi irəli sürür. Və bu gün bu istiqamətdə görülmüş hər bir iş

milli mədəniyyətimizi zənginləşdirdiyi kimi, həm də müasirlərimizdə

elmi-mədəni fikrin və yeni ideya-estetik dünyagürüşünün

formalaşmasına böyük təsir göstərir. Mədəniyyətlərimiz

arasındakı əlaqələrdən bəhs edən elmi-tədqiqat əsərləri çoxdur.

Lakin kəmiyyət göstəricisi ilə yanaşı bu əsərlərdə mövzunun

elmi cəhətdən təhlilində birtərəfli və təzadlı fikirlərə də rast

gəlinir. Xalqlarımız arasında elmi-mədəni əlaqələr və mənəvi

sərvətlər mübadiləsi hələ istənilən səviyyədə deyildir. Bunun

nəticəsidir ki, milli-mənəvi dəyərlərimiz hələ lazımınca başqa

xalqların ədəbiyyatlarında təmsil edilmir.

Ortaq kulturoloji irsimizin tədqiqi və mənimsənilməsi

baxımından da bu sahədə boşluqlar müşahidə edilməkdədir ki,

bu nöqsanlar özünü, xüsusilə, türk xalqları arasındakı elmi-mədəni

əlaqələrin bu vaxta qədər arzulanan səviyyədə olmamasında

göstərməkdədir. Mədəniyyətlərimiz arasında əlaqələri öyrənən

tədqiqat əsərlərində vaxtilə tarixilik və müasirlik meyarları

baxımından müəyyən birtərəflilik olduğundan türkdlli xalqlar

arasındakı əməkdaşlıq, xüsusilə Azərbaycan – Türkiyə elmimədəni

əlaqələri obyektiv işıqlandırılmamışdır. Halbuki Azərbaycanın

tarixi taleyində, milli varlığında və mənəviyyatında

Türkiyə olduqca önəmli bir yer tutmuşdur. Lakin təəssüf hissi

ilə deməliyik ki, mövcud tədqiqat əsərlərində bütün bu mədənimənəvi

dəyərlərdən, elmi-mədəni təcrübələrdən əhatəli şəkildə

söz aça bilməmişik.

Türk xalqlarının kökü eyni genetik-mənəvi başlanğıcdan

qaynaqlanır. İndi dünya yenidən qloballaşmaya, bütövləşməyə

doğru üz tutub. Müasir dünyada çoxsaylı iqtisadi, siyasi, hərbi,

hətta dini zəmində olan birliklər yaranmaqdadır. Ən böyük bir-

3

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!