21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

44

__________Milli Kitabxana__________

yazır ki, Mayın 28-də Milli Şura Azərbaycanın dövlət müstəqilliyi

haqqında bəyannamə qəbul etdi və iyunun 16-da Azərbaycan

Milli Şurası və müvəqqəti hökuməti Gəncəyə köçdü.

İyunun 24-də isə M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan

nümayəndə heyəti İstanbula getdi. Nümayəndə heyətinin qarşısında

duran əsas məqsəd Dördlər ittifaqı dövlətləri və Qafqazda

yeni yaranmış dövlətlərin nümayəndələrindən ibarət

konfransda iştirak etmək, Osmanlı hökuməti ilə bir sıra məsələləri

müzakirə etmək idi. İstanbulda Azərbaycan heyəti mühüm

görüşlər keçirərək istiqlal bəyannaməsini bu ölkələrin

nümayəndələrinə təqdim etdi. Müharibədə Dördlər ittifaqı

dövlətlərinin vəziyyəti ağırlaşdıqca İstanbul konfransının baş

tutması ehtimalı azalırdı. Buna baxmayaraq Azərbaycan nümayəndə

heyətinin keçirdiyi görüşlərin böyük faydası oldu. Nümayəndə

heyətinin xahişini nəzərə alan Osmanlı hökuməti on il

müddətinə 2 milyon lirə həcmində borc verməyi qərara aldı.

Azərbaycan pullarının çapı da İstanbulda başlandı. Osmanlı hökuməti

Azərbaycan heyətinin xahişlərini nəzərə alaraq Azərbaycana

kitab və müəllim göndərməyə razılıq verdi (5, s. 65).

1920-ci il yanvar ayının 12-də Parisdə Sülh konfransının

Ali Şurası müxtəlif xalqların nümayəndələrinin iştirak etdiyi

məclisdə Azərbaycan Demokratik Respublikasının istiqlaliyyətini

tanıdı, onun müstəqilliyi haqqında bir gün öncə çıxarılan

qərar təntənəli surətdə elan olundu. Bu xəbər Türkiyədə də

böyük əks-səda oyatdı. Türk mətbuatında bu xəbərlə bağlı

yazılar çap edildi. Belə yazılardan birini də Türkiyənin tanınmış

yazıçısı, milli novella və hekayənin banisi, istedadlı sənətkar

Ömər Seyfəddin (1884-1920) yazmışdır (101, s.13).

Ömər Seyfəddin ölümündən bir qədər əvvəl yazdığı və

“Türk dünyası” jurnalında nəşr etdirdiyi “Azərbaycan istiqlaliyyəti

münasibətilə” adlı məqaləsi ilə Azərbaycan Demokratik

Respublikasının müstəqilliyinin təsdiq edilməsini böyük bir

fərəh hissilə, sevinclə qarşılayır və Azərbaycan Demokratik

Cümhuriyyətinin müstəqilliyini bütün türklərin istiqlaliyyəti

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!