21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

rasiya proseslərinin xüsusi əhəmiyyət kəsb etdiyi müasir dövrdə

dövlətlərimizə öz gələcəklərini tarixi həqiqətlər və ümumi

mədəni dəyərlər üzərində qurmaları üçün əlverişli zəmin yaratmışdır.

Azərbaycan – Türkiyə əməkdaşlığı və tərəfdaşlığı məhz

göstərilən amillərin təsiri altında qısa, lakin zəngin tarixi inkişaf

yolu keçərək bu gün artıq strateji müttəfiqlik müstəvisinə

keçmişdir (103, s. 28-29).

Türkiyənin Azərbaycanın müstəqilliyini tanımasından dərhal

sonra, ABŞ dövləti Türkiyəyə bir qədər tələsməməyi məsləhət

gördü, belə ki, dünyanın digər fövqəl dövləti olan Sovet

İttifaqının mövcudluğu şəraitində Türkiyənin tələskənliyi dünyada

gərginliyin artması ilə nəticələnə bilərdi. Buna cavab

olaraq 1991-ci il noyabr ayının 11-də Türkiyə Respublikasının

Xarici İşlər naziri Səfa Gəray bəyanatla çıxış etdi və bildirdi ki,

Sovet İttifaqının əsaslı dəyişikliklər yoluna qədəm qoyması

bütün dünyada olduğu kimi, Türkiyə – Sovet münasibətlərinə

də müsbət təsir göstərmişdir. Türkiyə öz qonşusu ilə dostluğa

və səmərəli əməkdaşlığa həmişə böyük əhəmiyyət vermişdir və

indi də onunla münasibətləri qarşılıqlı hörmət əsasında qurur.

Hazırda Türkiyə Respublikası yeni türk dövlətlərinin müstəqilliklərini

tanımaq məsələsini özünün SSRİ-yə münasibətdə

ümumi siyasəti çərçivəsində müzakirə edir. Azərbaycanın istiqlaliyyətini

tanımaq haqqında Türkiyə hökumətinin qərarı isə

türk xalqının iradəsini ifadə edir (12 noyabr 1991). Elə həmin

gün Türkiyə respublikasının Bakıdakı Baş konsulu Altan Karamanoğlu

Azərbaycan Respublikasının istiqlaliyyətinin tanınması

haqqında Türkiyə Xarici İşlər Naziri Səfa Gərayın bəyanatını

Türkiyə Rüesublikası hökuməti adından Azərbaycan

Respublikasının Prezidentinə təqdim etdi (103, s. 30-31).

1991-ci ilin dekabrında Azərbaycan Xarici İşlər Nazirliyi

rəsmən məlumatlandırılmışdı ki, Türkiyə Respublikasının hökuməti

ilə Türkiyə Respublikasının Bakı şəhərindəki Baş konsulluğunu

Azərbaycanda Türkiyə Respublikasının səfirliyinə

çevirməyi qərara almışdır. 1991-ci ilin dekabrında Türkiyənin

81

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!