21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

162

__________Milli Kitabxana__________

Qafqazda sabitliyin bərqərar olması nəticəsində ölkəsinin və

bölgənin Avropa ilə inteqrasiyası sahəsində əldə etdiyi uğurlara

görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə

beynəlxalq münasibətlər sahəsində fəxri doktor adı verilməsi

barədə 1742 saylı qərarı yekdilliklə qəbul etmişdir. 2001-ci ilin

13 martında Azərbaycan Respublikasının Prezidenti Heydər

Əliyev TBMM üzvləri qarşısında geniş nitq söyləmişdir: “Ötən

illər bizim ölkələrimiz, xalqlarımız arasında dostluq və qardaşlıq

əlaqələri artmaqda davam edir. biz artıq Türkiyə – Azərbaycan

strateji tərəfdaşlıq əlaqələri səviyyəsinə gəlib çatmışıq.

Bu, dövlətlərarası əlaqələrdir. Ancaq xalqlarımız arasındakı

əlaqələrin tarixi də çox böyükdür və onun qiyməti də bundan

artıqdır. Çünki biz eyni köklərə mənsub olan xalqlarıq. Eyni

milli-mənəvi dəyərlərə, eyni dilə, eyni dinə mənsub olan

xalqlarıq. Biz hamımız bir kökdən gəlirik. Ona görə də bizim

hamımızın fikri, zəkası bu köklərlə bağlıdır. Biz Azərbaycanda

xalqlarımızın mənsub olduqları bu kökləri, milli-mənəvi dəyərləri

yüksək qiymətləndiririk və bu dəyərlərə, bu tarixə daim

sadiq olduğumuzu mən bir daha bəyan edirəm”. Martın 15-də

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev onun

üçün ayrılmış iqamətgahında – “Çamlı” köşkdə, “CNN–Türk”

televiziya kanalının baş direktoru Taha Akyola müsahibə vermişdir.

Həmin gün dövlət başçımız “Çamlı” köşkündə TRT kanalı

Xəbərlər Departamentinin müdiri Haluk Koça, “NTV” televiziya

kanalının əməkdaşları İrfan Sapmaz və Didən Tuncaya,

daha sonra “Samanyolu” kanalı müxbiri Melih Meriçə müsahibə

vermişdir. Martın 16-da isə Azərbaycan Respublikasının

Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti

Ahmet Necdet Sezerlə birlikdə ali qonağa fəxri doktor adı verilməsi

münasibətilə təşkil edilən mərasimdə iştirak etmək

məqsədilə Ankara Universitetinə gəlmişdir. Universitetin rektoru

prof. Nüsrət Aras, Ankara valisi Yahya Gur və bu tanınmış

təhsil ocağının professor-müəllim heyəti tərəfindən hərarətlə

qarşılanan prezidentlər universitetin rektoru professor Nüsret

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!