21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

2003-cü il fevralın 5-də Bakı Muzey Mərkəzində

TÜRKSOY Beynəlxalq Təşkilatı Daimi Şurasının növbəti 19-

cu iclası keçirilmişdir. İclasda türkdilli ölkələrin, o cümlədən 6

müstəqil dövlətin və Rusiya federasiyasının subyekti olan 6

türkdilli respublikanın mədəniyyət nazirləri iştirak etmişlər.

Mədəniyyət nazirləri türkdilli xalqların mədəni inteqrasiyasında,

bu qədim, zəngin irsin araşdırılıb üzə çıxarılmasında,

dünyada geniş təbliğ olunmasında, müxtəlif mədəni layihələrin

gerçəkləşməsində TÜRKSOY ilə qurduğu əməkdaşlıq əlaqələrindən

danışdılar. Türkdilli xalqlar arasında mədəni əlaqələrin

inkişafında göstərdikləri yüksək xidmətə görə xalq yazıçıları

Elçinə və Anara TÜRKSOY Beynəlxalq Təşkilatının mükafatları

təqdim olundu. TÜRKSOY-un Daimi Şurasının 19-cu

iclası fevralın 6-da öz işini başa çatdırmışdır. Bu münasibətlə

Muzey Mərkəzində türkdilli ölkələrin mədəniyyət nazirləri

birgə bəyannamə imzalamışlar. İclasda mədəni irsin mühafizəsi

haqqında YUNESKO-nun Beynəlxalq Konvensiyasının layihəsini

dəstəkləmək məqsədəuyğun hesab edildi, türk dünyasının

memarlıq abidələrinin qorunub saxlanması və bərpası üçün

TÜRKSOY yanında Beynəlxalq Əlaqələndirmə Mərkəzinin

yaradılması barədə Azərbaycan Mədəniyyət nzirliyinin təklifi

qəbul olundu, 2003-cü il üçün TÜRKSOY Beynəlxalq mükafatının

verilməsi haqqında elanın mətni bəyənildi (43, 7 fevral

2003-cü il, № 5).

2005-ci ilin 5 oktyabrında Ankarada TÜRKSOY-un toplantısı

öz işinə başlamış və bu toplantıda TÜRKSOY-a daxil olan

dövlətlərin mədəniyyət nazirləri qurumun gələn il İstanbulda

keçiriləcək 23-cü konfransına hazırlıqla bağlı məsələləri

müzakirə etmişlər. Xatırladaq ki, TÜRKSOY-un 22-ci konfransı

2005-ci ilin avqustunda Rusiyanın Kazan şəhərində keçirilib.

TÜRKSOY-un toplantısı ilə eyni vaxtda Ankarada “Türkdilli

xalqların əsərləri miniatür kitabda” adlı təşkil edilmiş sərgisidə

ölkəmizi Azərbaycan Miniatür Kitab Muzeyinin rəhbəri Zərifə

Salahova təmsil etmişdir (43, 7 oktyabr 2005-ci il, № 40).

241

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!