21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

226

__________Milli Kitabxana__________

düşünmək üçün hamıya güclü ideya materialı verir. Bu,

TÜRKSOY-un toplantısına gəlmiş türk dövlətləri nümayəndələrinin

hər birinin öz doğma dilində danışması və əslində, ümumi

kökdən gələn bu rəngarəngliyin hədsiz dərəcədə gözəl səslənməsi

və hamı tərəfindən anlaşılması məsələsidir (124, s.52).

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev

türkdilli dövlətlərin İstanbul şəhərində aprelin son günlərində

keçirilmiş VII Zirvə görüşündə iştirak etmişdir. İşgüzar səfərdə

olan Prezident Heydər Əliyev aprelin 26-da İstanbulun məşhur

Çırağan sarayında türkdilli dövlət başçılarının zirvə görüşündə

çıxış etmiş və geniş nitq söyləmiş, Türkiyə Respublikasının

Prezidenti Əhməd Necdət Sezər və başqa türkdilli dövlətlərin

başçıları ilə görüşlər keçirmişdir (112, s.3-12).

Heydər Əliyev çıxışında bildirmişdir: “Böyük məmnuniyyət

hissi ilə qeyd edirəm ki, türkdilli dövlətlərin başçılarının

1992-ci ildə keçirilmiş ilk, Ankara görüşündən ötən illər ərzində

qarşılaşdığımız bütün çətinliklərə baxmayaraq birliyimiz

inkişaf edib, möhkəmlənibdir. Keçən illər ərzində ölkələrimiz,

dövlətlərimiz və xalqlarımız arasında bir çox sahələrdə əlaqələr

genişlənib, əməkdaşlığımız artıq öz səmərəsini göstərməyə

başlayıbdır. Bu gön toplaşdığımız VII zirvə görüşü bir daha

təsdiq edir ki, müstəqillik qazandıqdan sonra xalqlarımız və

ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıq birinci növbədə

ortaq mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin, milli

mənəvi dəyərlərimizin bərpası baxımından bir sıra müsbət nəticələr

vermiş və gələcək üçün aydın perspektivlər açmışdır.

Bizim zirvə görüşlərimiz nəticəsində bir sıra nəcib ənənələrin

əsası qoyulmuşdur. Onların sırasında dahi şəxsiyyətlərimizin,

milli mədəniyyətlərimizin korifeylərinin, bəşər sivilizasiyasının

inciləri sayılan möhtəşəm eposlarımızın əlamətdar ildönümlərini,

xalqlarımızın həyatındakı mühüm və tarixi hadisələri birlikdə

bayram etməyimiz əhəmiyyətli yer tutur. “Manas” eposunun

1000, Əmir Teymurun 660, Məhəmməd Füzulinin 500,

Abay Kunanbayevin 150, “Kitabi-Dədə Qorqud” dastanının

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!