21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

206

__________Milli Kitabxana__________

“Fotoqrafiyalarda Anarın həyatı və filmlərindən kadrlar” adlı

sərgiylə başlanacaq, yazarın həyatına və sənətinə həsr olunmuş

“Anarla üz-üzə” adlı sənədli film göstəriləcək, çıxışlar olacaq”.

Eyni gün, martın 15-də “Zaman” qəzetində də “Aşıq Veysəl və

Anar haqqında danışılacaq” adlı yazı dərc olunmuşdur. Yazıda

bildirilir ki, İstanbul Böyük şəhər Bələdiyyəsinin iki ayrı

tədbirində son yüz ilin böyük xalq ozanı Aşıq Veysəl ilə Azərbaycanın

yaşayan önəmli yazar və mədəniyyət xadimlərindən

Anar haqqında danışılacaq. Tədbirlər haqqında məlumatlar

verilir və filmlər haqqında əlavə olunur: “Tarik Zəfər Tunaya

mərkəzində və Atatürk kitablığında 16 ilə 20 mart tarixləri arasında

Anarın bu filmləri göstəriləcək: “Dədə Qorqud”, “Gün

keçdi”, “Otel odası”, “Qəm pəncərəsi”, “Əlaqə”, “Təhminə” və

“Üzeyir ömrü”. “Qurultay” qəzetində (19 mart ) “Usta qələm

İstanbulda” başlıqlı yazıda tədbirlər haqqında, Anarın tərcümeyi-halı

və yaradıcılığı haqqında məlumat verilir, onun

“Dantenin yubileyi” kitabına yazdığı Ön sözdən parçalar dərc

edilir. Yazıda o da bildirilir ki, martın 16-da bazar günü Bələdiyyə

teatrının Üsküdardakı Müsahibzadə səhnəsində oynanılan

“Beş mərtəbəli evin altıncı mərtəbəsi” tamaşasından sonra

Anar foyedə oxucularıyla görüşəcək. Türkiyədə nəşr olunmuş

kitablarına imza atacaqdır (43, 28 mart 2003-cü il, № 12).

İlk tamaşası keçən ilin yazında olmuş, yay tətillərindən

sonra dekabrın ortalarından başlayaraq İstanbul Bələdiyyə teatrının

şəhərin müxtəlif səhnələrində göstərilən “Beş mərtəbəli

evin altıncı mərtəbəsi” pyesi axır üç ayda 56 dəfə dolu

tamaşaçı salonlarında oynanmışdır. Tamaşa haqqında “Cümhuriyyət”,

“Türkiyə”, “Evrensel” qəzetlərində və “İstanbul bületi”nində,

bir sıra dərgilərdə tanıtma yazıları və geniş resenziyalar

çıxmışdır. “Milli qəzetə”də “Anarın oyunu şəhər teatrolarında”

adlı yazıda deyilir: “Ölkəmizdə oxucu çevrələrində

yaxından tanınan Anarın çağdaş bir eşq əfsanəsini anlatdığı

oyunda günümüzün problemləri içində sevginin dəyəri vurğulanır.

“Beş mərtəbəli binanın altıncı mərtəbəsi”ndə 60-cı illərdə

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!